"Qəbələ" klubundan 8 qələbə

31.10.2015 | 2236 dəfə oxunub

“Qəbələ” Futbol Akademiyasının komandaları AFFA-nın yeniyetmə futbolçular arasında təşkil etdiyi liqalarda növbəti oyunlarını keçirib. 

Stadium.az xəbər verir ki, "qırmızı-qaralar" ümumilikdə keçirdiyi 11 matçdan 8-də qalib gəlib, ikisində heç-heçə edib, birində isə uduzub.

U-19 səfərdə “Zirə” ilə qolsuz heç-heçə edib. 4 oyunda 7 xal toplayan komanda 3-cü pillədə qərarlaşıb. “Qəbələ” V turda “Sumqayıt”ı qəbul edəcək.

Ardıcıl 4-cü böyükhesablı qələbəsini qazanan U-17 evdə “Kəpəz”i 6:0 hesabı ilə məğlub edib. 4 oyundan sonra 12 xalla yarışın lideri olan “qırmızı-qaralar” V turda “Neftçi”nin qonağı olacaq.

Mövsümdə 3-cü, ardıcıl 2-ci dəfə böyük hesabla qalib gələn U-16 “Rəvan”la ev oyununun (9:0) ardından səfərdə “Qarabağ”ı 4 cavabsız qolla keçib. 4 turdan sonra 12 xal toplayan komanda çempionatın lideridir. “Qəbələ” V turda “Bakı”nı qəbul edəcək.

“Zirə”ni 3:0 hesabı ilə məğlub edən U-15 ardıcıl 8-ci qələbəsini qazanıb. 8 turdan sonra 24 xalla turnir cədvəlinin 1-ci pilləsində yer alan komanda IX turda “Xəzər Lənkəran”la ev oyununa çıxacaq.

Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 ilk xal itkisi ilə üzləşib. “Sumqayıt”la qolsuz heç-heçə edən “Qəbələ” 3 oyundan sonra 7 xalla 2-ci pillədə qərarlaşıb. Komanda növbəti turda “Xəzri” ilə görüşəcək. Eyni zonada çıxış edən U-13 AZAL-ı 10 cavabsız qolla məğlub edib. 3 oyunda 7 xal yığan komanda 3-cü pillədə qərarlaşıb. IV turda “Qəbələ” “Sərhədçi” ilə qarşılaşacaq.

U-12, U-11 və U-10 komandalarının çıxış etdiyi Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında III turun oyunları keçirilib. U-12 UGİM-i (Mingəçevir) 12:0 hesabı ilə məğlub edib. 9 xalla liderlik edən “qırmızı-qaralar”ın növbəti rəqibi “Daşqın” olacaq. U-11 Liqasında 2-ci oyununa çıxan “Qəbələ” Oğuzun UGİM-inə qalib gəlib – 7:2. 2 matçda 6 xal qazanan komanda növbəti turda “Kürmük”lə üz-üzə gələcək.

Klubun U-10 komandası Şəki UGİM-i ilə qarşılaşmada 11 cavabsız qol vurub. Hesabında 9 xal olan “qırmızı-qaralar” IV turda “Daşqın”la üz-üzə gələcək. U-19 Qızlar Liqasında debüt edən “Qəbələ” 2-ci oyununu keçirib. İlk turda “Neftçi”yə 2:1 hesabı ilə qalib gələn komanda “Fidan”la matçdan xalsız ayrılıb – 0:2. III turda “qırmızı-qaralar” “Təhsil”lə görüşəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail