Mixael Skibbe Yunanıstan millisində

31.10.2015 | 2527 dəfə oxunub

Yunanıstan millisinin yeni baş məşqçisi müəyyənləşib. AVRO-2016-nın seçmə mərhələsindəki uğursuzluqdan sonra ümidlərini DÇ-2018-ə bağlayan yunanlar yığmaya Mixael Skibbeni gətiriblər.

Stadium.az xəbər verir ki, almaniyalı mütəxəssis Ellada təmsilçisinin 2015-ci ildəki 4-cü baş məşqçisi olub. Oktyabrın 11-də Türkiyənin “Əskişəhərspor” klubundan qovulan Skibbenin işsiz günləri isə cəmi 19 gün davam edib.

DÇ-2014-dən sonra keçirdiyi 11 matçda cəmi 1 qələbə qazanan, seçmə mərhələdə Farer adalarından da geri qalıb, qrup sonuncusu olan Yunanıstan yığması məhz almaniyalı ilə böhrandan çıxacağına ümid edir.

2008-09-cu illərdə Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi olan almaniyalı qonşu ölkədə “Karabükspor” (2012), “Əskişəhərspor” (2011 və 2015), vətənində Dortmund “Borussiya”sı (1998-2000), “Bayer” (2005-08), Frankfurt “Ayntraxt”ı (2009-11), “Herta” (2012), İsveçrədə “Qrasshoppers”i (2012) çalışdırıb. Skibbe 2000-04-cü illərdə Almaniya millisində köməkçi məşqçi olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail