Gənclər təşkilatlarının II milli konqresi baş tutacaq

28.10.2015 | 2482 dəfə oxunub

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə noyabrın 25-də Bakıda gənclər təşkilatlarının II milli konqresi keçiriləcək.

ARGTMŞ-dən bildiriblər ki, konqres 112 gənclər təşkilatını və minlərlə gənci sıralarında birləşdirərək ölkənin ən böyük gənclər platforması olan Şuranın 20 illik yubileyi çərçivəsində təşkil ediləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçiriləcək konqresin əsas məqsədi ölkəmizdə bütün gənclər təşkilatlarını bir araya gətirərək onları birləşdirmək, dövlət gənclər siyasəti, habelə gənclər təşkilatlarının potensialının gücləndirilməsi və idarə edilməsinin səmərəli mexanizmlərinin yaradılması haqqında müzakirələr aparmaq, prioritet istiqamətlər və vəzifələr barədə qərarlar qəbul etmək, ümumilikdə isə gəncliyin inkişafına töhfə verməkdən ibarətdir.

Konqresdə dövlət və hökumət rəsmilərinin, beynəlxalq qurumların nümayəndələrinin çıxışları dinləniləcək, “Azərbaycanın gənclər siyasəti: Müasir çağırışlar və davamlı inkişaf” mövzusunda müzakirələr aparılacaq.

Tədbirdə 200-dən çox gənclər təşkilatının nümayəndələri, dövlət rəsmiləri, KİV-lərin və beynəlxalq qurumların təmsilçilərinin iştirakı gözlənilir.

Gənclər təşkilatlarının I milli konqresi 2013-cü ildə Bakıdan və ölkəmizin 11 regionundan 200-dən artıq gənclər təşkilatı təmsilçilərinin, dövlət rəsmilərinin, eləcə də beynəlxalq qurumların nümayəndələrinin iştirakı ilə keçirilib. azertac



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail