“Ağ canavar”: “Heç kim məndən hörmət gözləməsin”

26.10.2015 | 2831 dəfə oxunub

Oktyabrın 26-dan noyabrın 1-dək Serbiyanın paytaxtı Belqradda Kikboksinqin WAKO versiyası üzrə dünya çempionatı keçiriləcək. 2 ildən bir təşkil olunan bu mötəbər turnirdə Azərbaycan 25 idmançı ilə təmsil olunacaq.

 

Dünya çempionatında Azərbaycanı təmsil edən idmançılardan biri də 21 qat dünya çempionu, əməkdar idman ustası, əməkdar məşqçi Eduard Məmmədovdur. “Ağ canavar” ləqəbli döyüşçü publika.az-a müsahibəsində rəqiblərindən danışıb. Həmçinin  kikboksçumuz bildirdi ki, rinqdə kimsə ondan hörmət gözləməsin, o qələbə qazanmaq üçün döyüşəcək.

 

Belqraddakı dünya çempionatına hazırlıq necə keçib?

- Bildiyiniz kimi, mən bütün versiyalar üzrə 21 qat dünya çempionuyam. IAKSA, IKBO, WAKO, World Profi versiyaları üzrə dünya çempionu titulunu qazanmışam. Amma WAKO digər versiyalardan fərqlidir. 2 ildən bir olan yarışdır. Amma bu versiya üzrə də 3 qat dünya çempionuyam, 2 dəfə Avropa çempionu olmuşam, dəfələrlə mükafatlar qazanmışam. Bundan əlavə WAKO-da 5 dəfə 2-ci yerə çıxmışam, 3 dəfə də 3-cü yerə... WAKO-nun yarışları həqiqətən də çox maraqlı keçir, bura çox güclü idmançılar gəlir. Bu yarışda idmançılar qalib olduqdan sonra peşəkarlar arasında reytinq siyahısına düşürlər. Mən dəfələrlə o reytinqdə olmuşam, hazırda da həmin siyahıda varam. Bu yarışa hazırlıq yaxşı keçib, güclü məşqlərimiz olub...

 

- Nə vaxtdan bu yarışa hazırlaşırsız?

- 2 ildir. Amma son 3 ayda məşqlərimiz intensivləşib. 3 ay ərzində son günə qədər Elşən müəllimlə, şəxsi məşqçim Çingiz Eyvazovla, Ehram Məcidovla birlikdə çalışmışıq. Bu yarışda nəticə verməyi qarşımıza məqsəd qoymuşuq.

Dəfələrlə yarış üçün Serbiyanın Belqrad şəhərində olmuşam. Həmin şəhərdə baş tutan yarışda bir dəfə dünya 2-cisi olmuşam. Təəsüf ki, finalda qələbəni verməmişdilər. Hakimlərin qərarı belə olmuşdu... Amma bu dəfə qələbə qazanmağı, qızıl medal gətirməyi hədəfləmişəm. Tək mən yox hamı Belqradda bayrağımızı qaldırıb, himni səsləndirməyi qarşıya məqsəd qoyub.

 

- Yarışa görə hansı dəyişikliklər baş verib?

- Mən həmişə 60 kq-da döyüşürdüm. Amma bu dəfə yarışa 63,5 kq çəki dərəcəsində qatılacam. Amma bu o demək deyil ki, çəkim qalxıb. Çəki heç yarım kilo da salmamışam. Elə öz çəkimdəyəm. Sadəcə 60 kq-da döyüşməsi üçün yerimi gənc idmançıya verdim. Çalışacam ki, bu çəkidə də öz sözümü deyim.

 

- Bəs yerinizi verdiyiniz idmançı sizcə özünü doğrulda biləcəkmi?

- İnşallah. Baxmayaraq ki, idmançımız gəncdir, onun nəticə verəcəyinə ümid edirik.

 

- Siz bu yarışa sırf idmançı kimi gedirsiniz, ya sizin də bu yarışda iştirak edəcək tələbələriniz var?

- Var, burada bir tələbəm iştirak edəcək. 51 kq-da “K-1”-də döyüşəcək Anar Məmmədov.

 

- Hansı çəkidə rəqiblər daha güclüdür? 60 kq-da, ya 63,5 kq-da?

- Sadəcə boyda... 63,5 kq-da boyda ən kiçik mən olacağam. Mən yenə də çalışacağam öz sözümü deyim. Çünki boy-buxunlu olmaqla deyil.

 

- Hansı rəqibinizin sizin üçün daha çox çətinlik yarada biləcəyini düşünürsünüz?

Serbiya idmançıları çox güclüdürlər. Bütün rəqiblərimə hörmətim var. Amma rinqdə hörmət olmayacaq. Heç kim rinqdə hörmət gözləməsin, çünki güclü döyüş olacaq. İnşallah, güclü qalib gələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail