Rednik Vobayı əsas komandaya qaytardı

29.09.2011 | 4807 dəfə oxunub

“Xəzər Lənkəran” klubunun futbolçusu Julius Vobay əsas komandanın heyətinə qaytarılıb. Stadium.az xəbər verir ki, cari mövsümün əvvəlində əvəzedici heyətə göndərilən syerra-leoneli yarımmüdafiəçi artıq Mirça Rednikin rəhbərliyi altında hazırlıq keçir.

Afrikalı futbolçunun artıq sabah Premyer Liqanın VIII turunun “İnter”lə səfər matçında meydana çıxması da mümkündür. Elə baş məşqçi Mirça Rednik də buna ümid edir: “Ümidvaram ki, Vobay əvvəlki səhvlərindən nəticə çıxarıb. Yarımmüdafiəçinin bundan sonra işinə daha məsuliyyətlə yanaşacağına və azarkeşlərin əvvəlki Vobay görəcəyinə ümid edirəm”.

Premyer Liqada ilk turun “Sumqayıt Şəhər”lə matçında 71 dəqiqə oynayıb, 1 qol vurandan sonra əsas komandadan uzaqlaşdırılan Vobay əvəzedici heyətdə özünü göstərməli olub. O, 4 qarşılaşmada ümumilikdə 314 dəqiqə meydanda olub və 3 qola imza atıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail