Fransızlar Ağdamın işğalından yazdı

22.10.2015 | 2872 dəfə oxunub

Ağdamın “Qarabağ” klubu bu gün Fransada “Monako”ya qonaq olacaq. “Monako” klubunun rəsmi saytı “Qarabağ”ın təmsil etdiyi Ağdamın işğalı haqqında geniş yazıb.

Stadium.az olaraq, həmin yazını sizin diqqətizə çatdırırıq: 

Tarixdə ilk dəfə "Monako" və "Qarabağ" klubları üz-üzə gələcək. Dağlıq Qarabağda 1951-ci ildə yaranan klub ilk dəfə 1992-ci ildə çempionluq sevinci yaşayıb. 2013/14-cü illərdə ölkə çempionatının qalibi olan "Qarabağ" 21 il bu uğuru gözləmişdir. 2014/15 mövsümündə də ölkə çempionu Ağdam təmsilçisi olub.

 

Komandanın ləqəbi "atlılar"dır. Klubun loqosunda iki atın rəsmi həkk olunub. Çünki Dağlıq Qarabağda cins atlar çoxdur. Dağlıq Qarabağın işğalına görə bu komandaya "qaçqınlar"da deyilir. Komandanın Bakıya köçməyinin səbəbi 1984 və 1988-ci illərdə Ermənistan və Azərbaycan arasında başlayan Dağlıq Qarabağ savaşıdı. Bu səbəbdən "Qarabağ" məcburi olaraq Bakıya köçüb və doğma şəhərinə hələ də geri dönməyib. 1990-cı illərin əvvəllərində Ağdam şəhərində 30 minə yaxın insan yaşayırdı. 1992-ci ildə çempion olan "Qarabağ"ın baş məşqçisi Allahverdi Bağırov döyüşlərə qoşulub və Dağlıq Qarabağ müharibəsində iştirak edib. 

 

2001-ci ildə “Azərsun Holdinq” şirkəti “Qarabağ”a sponsorluq etməyə başlayıb. 2008-ci ildə komandaya millinin bombardiri olan Qurban Qurbanov gətirildi. "Qarabağ" Qurbanovun gəlişindən sonra "tiki-taka" oyun sistemi ilə "Qafqazın Barselona"sı adlandırılır. İki il ardıcıl çempion olan "Qarabağ" ötən mövsüm olduğu kimi bu ildə Avropa Liqasında mübarizə aparır. Ötən il komanda qrupda bir qələbə qazanmışdı.

 

"Qarabağ" ev oyunlarını "Tofiq Bəhramov adında Respublika stadionu"nda keçirir. 1951-ci ildə inşa edilən stadion ilk olaraq Vladimir Lenin və Yozef Stalinin adınını daşıyıb. 1966-cı il Dünya Çempionatında finalda qarşılaşan Almaniya və İngiltərə matçında yan xətt hakimi olan Tofiq Bəhramov mübahisəli epizodda İngiltərənin lehinə qol qərarı verdi. 1993-cü ildən stadion məhz Tofiq Bəhramovun adını daşıyır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail