"Borussiya"nın baş məşqçisi: "Mxitaryanın yoxluğu bizim üçün itkidir"

22.10.2015 | 2720 dəfə oxunub

Dortmund “Borussiya”sının baş məşqçisi Tomas Tuhel Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə keçiriləcək oyun öncəsi təşkil etdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- “Qəbələ”ni təhlil etmişik. Rəqibimiz çox güclüdür. Onların “Krasnodar”la oyununu izləmişik. Qələbəyə layiq idilər. “Qəbələ”ni məğlub etmək çox çətindir.

-Şmeldser sabahkı oyun hazırdırmı?

- Buna sabah qərar verəcəyik.

- Sabah bu vaxtı matçın təxminən 50-ci dəqiqəsi olacaq. Bəs indi necə, həyəcanlısnızmı?

- Bəli, rəqibdən asılı olmayaraq həyəcan olur. Rəqibə böyük hörmətimiz var. Biz özümüzə inanırıq. Qarşımıza müəyyən tapşırıq qoyulub. 4-4-2 taktiki sxemi ilə oynamağı düşünürük. Qələbə qazanmaq istəyirik. Ancaq bu, çox çətin olacaq.

- Mxitaryan məlum səbəblərə görə Bakıya gəlmədi. Bu, oyununuza necə təsir edəcək?

- Təəssüflər olsun ki, sabahkı oyunda siyasi məsələyə görə, güclü futbolçumuzu itirməli olduq. Mxitaryanın yoxluğu bizim üçün itkidir. Onun yerini  Yonas Hoffmanla doldurmağa çalışacağıq.

- Marko Roysun durumu necədir? Zədədən sonra əvvəki formasını bərpa edə bilib?

- O, tədricən öz formasını bərpa edir. “Maynts”la oyunda penaltidən fərqlənə bilməsə də, daha sonra iki qola imza atdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail