Bu gün “Futbol+”in ad günüdür

21.10.2015 | 2345 dəfə oxunub

Bu gün “Futbol+” qəzeti üçün əlamətdar gündür.

Qəzetin 18 yaşı tamam olur. “Futbol+” qəzeti 1997-ci il oktyabrın 21-dən işıq üzü görür. Qəzetin baş redaktoru Mahir Rüstəmlidir. "Futbol+" əvvəllər həftədə 1 dəfə işıq üzü görüb, 1998-ci ilin martından isə həftədə 2 dəfə nəşr olunmağa başlayıb. Sonrakı illərdə dövrülük 3, 4, 2009-cu ilin 1 fevralından isə 5 dəfəyə çatdırılıb. Qəzet adətən futbol üzrə dünya və Avropa çempionatları ərəfəsində oxucuların mühakiməsinə xüsusi buraxılış təqdim edir. Bundan başqa Azərbaycandakı vacib futbol olayları, klubların uğurları xüsusi buraxılış və ya plakatla işıqlandırılır. "Futbol+" Azərbaycan futbol çempionatının bütün oyunlarına reportyor göndərir, hər ilin sonunda Azərbaycanda ilin ən yaxşı futbolçusunu və ən yaxşı idmançını müəyyənləşdirən geniş sorğu keçirir. 1-ci,4-cü,5-ci, və 6-cı günkü saylar 16, 2-ci günkü saylar 24 səhifədən ibarət olur.

18 yaşı münasibəti ilə “Futbol+” qəzetindəki həmkarlarımızı təbrik edir, gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail