Azərbaycanda futbol üzrə daha iki yığma komanda yaradıldı

21.10.2015 | 2799 dəfə oxunub

Azərbaycanda futbol üzrə iki yeni yığma komandanın yaradılması prosesinə start verilib.

Stadium.az xəbər verir ki, bu barədə "Report"a AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov məlumat verib.
 
Onun sözlərinə görə, U-18 və U-20 yığmalarının yaradılması layihəsi çoxdan təklif olunub. Bu gün AFFA-nın baş katibi ilə görüşdə isə həmin təklifin icrasına qərar verilib: "İlk təlim-məşq toplanışı dekabrda Mərdəkan qəsəbəsində yerləşən Təlim-Məşq Mərkəzində keçiriləcək. Toplanışda U-20-də 21 yaşadək futbolçulardan ibarət yığma komandanın məşqçilər heyəti və əsas millinin məşqçiləri, U-18-də isə 19 yaşadək futbolçulardan ibarət yığma komandanın məşqçilər heyəti və əsas millinin məşqçiləri iştirak edəcək. Onların məşq vaxtını  müəyyənləşdirəcəyik. Nəzarət isə Məşqçilər Komitəsinə verilib".
 
V.Sadıqov onu da bildirib ki, oktyabrın 22-də milli komandanın baş məşqçisi Robert Prosineçkinin iştirakı ilə bütün yığma komandalarının baş məşqçiləri ilə birgə görüş keçiriləcək.
 
Komitə sədri "Kəpəz"in baş məşqçisi şahin Diniyevin iclasda iştirakına da aydınlıq gətirib: "Yaşar Vahabzadə tövsiyə edilərkən Şahin Diniyev də bizimlə idi. Düşündük ki, onun da məsələ ilə bağlı fikirləri maraqlı olar. Ona görə Şahin müəllimi də dəvət etdik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail