"Xəzər Lənkəran" seçki təbliğatına qoşulmur və heç bir namizədi dəstəkləmir"- açıqlama

20.10.2015 | 2871 dəfə oxunub

73 saylı Lənkəran şəhər Seçki Dairəsindən deputatlığa namizədlərdən biri təbliğat çarxına "Xəzər Lənkəran" klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının üzvü Cəlal Hüseynzadəni çəkib.


Stadium.az xəbər verir ki, təşviqat vəsaitində 17 yaşlı oyunçunun iki saniyəlik əksi və sözləri yer alıb. Lakin çəkilişin klubun icazəsi olmadan aparıldığı üzə çıxıb. Bununla bağlı "ağ-yaşıllar"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu "Report"a açıqlama verib: "Xəzər Lənkəran" olaraq seçkidə hər bir namizədə uğurlar arzulamaqla yanaşı, bildiririk ki, klubumuz seçki təbliğatına qoşulmur və heç bir namizədi dəstəkləmir. Həmin videoda yer alan epizod yeniyetmə futbolçunun klubun intizam kodeksini bilməyərək pozmasından irəli gəlir".

Qeyd edək ki, parlament seçkiləri noyabrın 1-də keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail