Cahangir Hacıyev həbs olundu- SON DƏQİQƏ

18.10.2015 | 4204 dəfə oxunub

Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin keçmiş sədri, "İnter" klubunun fəxri prezidenti Cahangir Hacıyev həbs edilib.

 

Stadium.az xəbər verir ki, bu barədə məlumatı Qaynar.info-ya hakimiyyət daxili mənbələrdən verilib.

Mənbə bildirir ki, həbsə səbəb dünən prezident İlham Əliyevin imzaladığı sərəncam olub. Beləki prezidentin imzaladığı sərəcamla milli təhülkəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edilib.

Hakimiyyət daxilində də bu qərar çaşqınlıq yaradıb. Mənbə qeyd edir ki, Eldar Mahmudovun vəzifədən azad edilməsindən sonra eks nazirin qudası Cahangir Hacıyev həbs edilib. 

Məlumat üçün qeyd edək ki, Eldar Mahmudovun oğlu ilə Cahangir Hacıyevin qızının toyu 2012-ci ilin noyabrda baş tutub.

Cahangir Hacıyevin indiyə kimi həbs olunmamasına səbəb Eldar Mahmudov göstərilirdi. Beləki Eldar Mahmudov şəxsi nüfuzundan istifadə edərək, qudasını həbsdən yayındıra bilmişdi. 

Dünən isə məlum sərəncamdan sonra DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsin əməkdaşları (Bandotdel) əməliyyat keçirib. Və Cahangiz Hacıyev həbs edilib.

Cahagir Hacıyev "Maliyyə Xəyanəti"ndə suçlanırdı. Onun adı Beynəlxaq Bankın sədiri olduğu zaman yaxın ətrafına milyonlarla dollar civarında kreditlər verməsi və bir sıra oliqarxların çirkli pullarının yuyulmasında adı keçirdi. 

Mənbə son olaraq bildirir ki, yaxın saatlarda məlumat rəsmi təsdiqini tapacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail