Şahin Diniyev: "Ən yaxşı oyunumuzu yox, sadəcə, bunlardan birini oynadıq"

17.10.2015 | 2507 dəfə oxunub

"Məncə, oyun maraqlı alındı. Xoşbəxtliyi rəqib qapısında axtarmağa və qol vurmağa çalışdıq. İlk hissədə son nöqtəni qoya bilmirdik. Daha sonra dəyişiklik etdik. Ebahın meydançaya daxil olduqdan sonra dərhal qol vurması komandamın əl-qolunu açdı. Düşünürəm ki, ən yaxşı oyunumuzu yox, sadəcə, bunlardan birini oynadıq. Ən yaxşı oyunlarımız isə hələ irəlidədir".
 
Stadium.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 8-ci turunda "Rəvan"a qalib gəldikləri oyundan (2:0) sonra keçirilən mətbuat konfransında deyib.


Ş.Diniyev bu görüşdə fərqlənən Julien Ebahın hələ pik formada olmadığını bildirib: "Bu soyuqda Bakıya gəlib, komandaya dəstək olan azarkeşlərimizə də təşəkkür edirəm. Ebah qol vursa da, sakitləşmək olmaz. Ebah Kamerundan gəlib, iqlimə tam uyğunlaşmayıb. İstənilən futbolçu yaxşı oynamaqla əsas heyətin daimi üzvünə çevrilə bilər. Ebahın qol vurması yaxşı haldır, amma hələ onun pik formada olduğunu deyə bilərəm. Sadəcə, onu vurğulayım ki, əvvəl hücumçu problemimiz vardı. Mən həmin vaxt dəyişikliklər edə bilmirdim. İndi isə hücumda dəyişikliklər etmək iqtidarındayam”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail