Avropa çempionatında gərgin və maraqlı qarşılaşmalar oynanılır

16.10.2015 | 3050 dəfə oxunub

Bolqarıstanda və İtaliyada keçirilən kişi voleybolçular arasında Avropa çempionatında yarımfinalçılar müəyyənləşib.

Stadium.az xəbər verir ki, çempionatın dörddəbir final mərhələsində Sofiyada keçirilən Polşa-Sloveniya qarşılaşmasında mübarizə beş setdə davam edib. Oyuna fəal başlayan Sloveniya voleybolçuları ilk hissədə 25:19 və 25:17 hesabı ilə qalib gəliblər. Növbəti setdə təşəbbüsə yiyələnən Polşa millisi rəqibini 25:23 hesabı ilə məğlub edib. Polşa voleybolçuları dördüncü hissəni də öz xeyrinə başa vurublar. Qalibi müəyyənləşdirmək üçün keçirilən beşinci setdə yenidən Sloveniya seçməsi uğur qazanaraq Avropa çempionatının yarımfinalına yüksəlib.

Bu mərhələnin İtaliyada keçirilən digər görüşündə Fransa millisi Serbiyanı məğlub edib. İlk setdə 25:22 hesabı ilə üstün olan Fransa idmançıları növbəti hissəni də xeyrinə başa vurublar - 25:23. Üçüncü hissədə serblər 25:14 hesabı ilə qalib gələrək setlərdən birinin əvəzini çıxıblar. Lakin dördüncü setdə Fransa komandası 25:20 hesabı ilə qələbə qazanaraq yarımfinala adlayıb.

Mərhələnin digər oyunlarında Bolqarıstan seçməsi Almaniya komandasına, meydan sahibləri İtaliya voleybolçuları isə Rusiya millisinə qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Fransa millisi Bolqarıstan komandası, Sloveniya voleybolçuları isə İtaliya seçməsi ilə qarşılaşacaq.

Avropa çempionatına oktyabrın 18-də yekun vurulacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail