"Biz həmişə bu milliyə inanmışıq və inanırıq"

15.10.2015 | 2983 dəfə oxunub

"Yaşar Vahabzadənin hesabatını eşidəndən sonra rəy verə bilərik. Bu komanda böyük ümid bəslənilən yığma idi. İlk oyunda bizi sevindiriblərsə, sonrakı məğlubiyyətlər o deməkdir ki, komanda daxilində psixoloji gərginlik var. Biz həmişə bu milliyə inanmışıq və inanırıq".


Stadium.az xəbər verir ki, bunu "Report"a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının AVRO-2017-nin seçmə mərhələsindəki son nəticələrini dəyərləndirən AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.


V.Sadıqov bildirib ki, hələlik milli komandanın məğlubiyyətləri ilə bağlı baş məşqçinin fikirlərini dinləməmiş nəsə demək olmaz. Onun sözlərinə görə, sabah Komitənin Bakıda olan 3 üzvü - Vaqif Sadıqov, Ağasəlim Mircavadov və Böyükağa Hacıyevlə bir araya gələcək. İclasın əsas məqsədi Komitənin bütün üzvləri və əsas komandanın baş məşqçisi Robert Prosineçki ilə birgə keçiriləcək görüşün təyin olunmasıdır. Hazırda xorvatiyalı mütəxəssis vətənində, Komitənin digər üzvü Şakir Qəribov isə 19 yaşadək futbolçulardan ibarət yığma ilə Sloveniya toplanışındadır.


U-21-in məğlubiyyətlərindən (Avstriya - 0:2; 0:7, Almaniya - 0:3 və Finlandiya 0:1) danışan Komitə sədri deyib ki, bu nəticələrdə hər kəsin günahı var. Onun fikrincə, belə nəticələrə görə baş məşqçini istefaya səsləmək düzgün addım deyil: "Hamımız günahkarıq. Məğlubiyyətdə sizdən tutmuş mənə qədər hamının "əməyi" var. Hesab edirəm ki, nəsə problem varsa, onun həll yollarını tapmaq lazımdır. Hər birimizi ağır vəziyyətə salan nəticələr var. Bu milliyə strateji cəhətdən böyük ümidlər bəsləyirdik. Gəlin, kimisə günahkar çıxarmağa tələsməyək. Problem göz qabağındadır. Məşqçilər Komitəsi adından deyə bilərəm ki, istefa məsələsi bizim gündəmdə yoxdur. Hansısa fikir söyləməmişdən öncə baş məşqçinin fikirlərini dinləmək lazımdır. Hər məğlubiyyətdən sonra baş məşqçini istefaya çağırmayaq. Mən məğlubiyyətə bəraət qazandırmaq istəmirəm. Yaşar müəllim Avstriyaya yollanmamışdan əvvəl bizə bildirib ki, komandanın 7 əsas üzvündən məhrumdur və orada da 2 oyunçu zədə alıb. Hətta uşaqlar da söz verdilər ki, Finlandiya ilə görüşdə yaxşı nəticə əldə edəcəklər. Məlumatım var ki, komanda pis çıxış etməyib, amma nəticə istədiyimiz kimi olmayıb".


Y.Vahabzadənin Məşqçilər Komitəsinin tövsiyəsi ilə milliyə dəvət olunduğunu deyən sədr hazırkı baş məşqçinin gənc və yeniyetmə futbolçuların hamısını yaxşı tanıdığını söyləyib: "Yaşar müəllim uzun illərdir bu işdədir və 7-8 il Bernhard Lippertin köməkçisi kimi böyük işlər görüb. Bu işin davamçısı kimi onu görürük və inanıram ki, gələcəkdə güclü yığma komanda formalaşdıracaq. Hesab edirəm ki, Yaşar Vahabzadə ilə bağlı AFFA-ya verdiyimiz tövsiyə düzgündür".


Komitə sədri əsas planın 4 oyunu Bakıda keçiriləcək AVRO-2020-də Azərbaycan millisinin də iştirak edə bilməsindən ibarət olduğunu deyib: "Hələ vaxtımız var. Ən böyük planımız AVRO-2020-dir. Nəzərə almalıyıq ki, o zaman bu futbolçuların yaxşı vaxtları olacaq. Yaxşıdır ki, biz komandada olan problemlərdən indi - 5 il əvvəl xəbər tuturuq. Buna görə də çox çalışmalıyıq. Oyunçular milliyə klublardan gəlirlər. Hər cür futbolçular gəlir. Biz bir-birimizə dəstək olmalıyıq. Yaşar Vahabzadə də yerli məşqçidir və ona dəstək lazımdır. Gəlin, milli komanda ətrafında birləşək və öz köməyimizi əsirgəməyək. Hazırkı vəziyyət çox ağırdır. U-21-in qarşıda Almaniya və Rusiya ilə oyunu var. Biz həmin oyunları gözümüzün qarşısına gətirməliyik. Elə etməliyik ki, çıxış yolunu tapaq. Çıxış yolunu tapmaq üçün də nəticənin səbəbi məlum olmalıdır. Kimdən soruşursan, hamı kənardan günahkar axtarır. Güllə qarşısında olan isə yalnız Vahabzadədir. Hamımız birləşib bu problemi həll etməliyik. Bu, elə-belə məsələ deyil. Sadə bir şey olsaydı, bu dəqiqə sizə həll yolunu deyərdim".


Qeyd edək ki, Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması AVRO-2017-nin seçmə mərhələsində 7-ci qrupdakı 5 oyunun 4-də məğlub olub. Milli komanda yalnız ilk turda səfərdə Farer adalarına qalib gəlib - 1:0.



  #1   Adınız: eldeniz;   E-mail: capt.eldeniz@ Hotmail.com

15.10.2015 20:43

utanmirsiz deyirsiz mesqici deyismelidi.birde yaxsi oyunculari celb etmek lazimdir.qaldi ki esas miliye ordada problemler var hucumcu lazimdir Bize resadin yeine yaxsi mudafiyeci tapmaq lazimdir ,millilesdirmek olar futbolcu hec olmasa 1 hucumcu 1 mudafiyeci

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail