Federasiyada yeni təyinat

15.10.2015 | 2314 dəfə oxunub

Azərbaycan Su İdman Növləri Federasiyasında yeni təyinat baş tutub.

 

Stadium.az xəbər verir ki, bundan sonra federasiyanın vitse-prezidenti vəzifəsini Elçin Həsənov icra edəcək. Təyinat dünən - oktyabrın 14-də baş tutub.

Təyinatdan sonra federasiya daxilində iclas keçirilib. İclasda federasiyanın fəaliyyət planları və görüləcək işlər müzakirə mövzusu olub.

İcraiyyə komitəsinin iclasında həmçinin federasiyanın nəzdində fəaliyyət göstərən su idman növləri üzrə məşqçilərin hesabatları dinlənilib. Onlar federasiya rəhbərliyinə Bakı-2015 Avropa Oyunlarında idmançılarımızın çıxışları, bu mötəbər yarışdan sonra gənclərin su idman növlərinə olan maraqları, qarşıdakı illərdə keçiriləcək idman yarışlarında iştiraklar və bir çox məsələlər barədə məlumat veriblər.

Sonda Azərbaycan Su İdman Növləri Federasiyasının 3 illik fəaliyyət planı və görülən işlər barədə hesabat dinlənilib, müzakirə olunub.

Qeyd edək ki, E.Həsənov həmçinin Bakı Su İdman Sarayının direktorudur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail