Sadıq Sadıqov “Neftçi”dən niyə getdi?

13.10.2015 | 3756 dəfə oxunub

“Öz istəyimlə “Neftçi” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının üzvlüyündən çıxdım. Bu da işlərimin çoxluğu ilə əlaqədardı”.

Stadium.az apasport.az saytına istinadən xəbər verir ki, bu sözləro “Neftçi” İdman Klubu İctimai Birliyinin İdarəetmə Aparatının rəhbəri Sadıq Sadıqov deyib.
 
“Neftçi”nin sabiq prezidenti bu yaxınlarda Azərbaycan Cüdo Federasiyasının vitse-prezident vəzifəsinə təyin edilməsini əsas gətirərək, futbol klubundan ayrılmaq qərarına gəldiyini söyləyib: “Qarşıda da çox önəmli cüdo yarışları var. Xüsusən də, Yay Olimpiya Oyunlarına hazırlıq işləri çoxluq təşkil edir. Ümumiyyətlə, mən indiyə qədər “Neftçi”nin Müşahidə Şurasının iki iclasında iştirak etmişəm. Bunların biri ilk iclas, digəri isə Emil Mpenza ilə bağlı məsələlərin müzakirəsi zamanı idi. İşlərin çoxluğu ilə əlaqədar iclaslara qatıla bilmirdim. Buna görə də, öz istəyimlə Müşahidə Şurasının üzvlüyündən çıxdım”.
 
Sadıq Sadıqov sonda “Neftçi”yə uğurlar arzulamağı da unutmayıb: “Neftçi”də olduğumuz müddət ərzində böyük uğurlar əldə etdik. Azərbaycan klub futbolu tarixinə qızıl hərflər yazdıq. Bu şansı mənə yaradan insanlara dərin təşəkkürümü bildirirəm. “Neftçi” komandasına bundan sonrakı oyunlarda uğurlar arzu edirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail