Yozef Blatter və Mişel Platiniyə şok cəza verildi

09.10.2015 | 3631 dəfə oxunub

FİFA Etika Komitəsindən FIFA prezidenti Yozef Blatter və UEFA başqanı Mişel Platiniyə şok cəza verilib.

Stadium.az xəbər verir ki, korrupsiya iddiaları ilə çalxalanan FİFA və UEFA-da illərdir xidmət edən Jozep Blatter ilə Mişel Platini, karyeraları üçün çox ağır bir cəza ilə üz-üzə qalıb. Bu gün, korrupsiya iddiaları haqqında qərarını verən FİFA Etik Komitəsi, prezident Jozep Blatterin, UEFA Prezidenti Mişel Platininin və FİFA-nın Baş katibi Ceromi Valkenin vəzifələrinin 90 gün müddətinə təxirə salındığını açıqlayıb. Qərarın assambleyanın apardığı istintaqlarla əlaqədar olduğu bildirilib. Sözügedən istintaq, Dünya Çempionatının yayımı zamanı TV hüquqları müqavilələrindəki qayda pozuntularını araşdırır. Bu qərar, daha öncədən istefasını təqdim edən Blatter üçün heç bir şey ifadə etməsə də, Platini üçün çox əhəmiyyətlidir. Belə ki, 2016-da keçiriləcək seçkilərdə FİFA prezidenti olmaq üçün Platininin də adı çəkilirdi, bu qərardan sonra fransız futbol adamının sədr olmaq xəyalları böyük ölçüdə suya düşüb. Assambleya həmçinin, keçmiş sədr müavini Çunq Monq-cona altı il həbs və 103 min dollar pul cəzası verib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail