Güləşçimiz gümüş medal qazandı YENİLƏNİB

07.10.2015 | 3779 dəfə oxunub

Koreyanın Mungyeong  şəhərində Hərbçilərin 6-cı Dünya İdman Oyunları keçirilir. 

Yarışda ölkəmizi Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma güləşi üzrə komandası təmsil edir. 

Sərbəst güləş yarışlarının ikinci günündə 61, 70, 86 və 125 kq çəkidə güləşçilər mübarizə aparıb. Güləşçilərimiz günü 1 gümüş medalla başa vurub.
 

70 kq-da mübarizə aparan Coşqun Əzimov finala qədər inamla güləşib. Ardıcıl olaraq Livandan Kamal əl Katibi (13:1), Ukraynadan Yevgeni Xavilovu (10:2), yarımfinalda isə Monqolustan təmsilçisi Ganzoriç Mandaxnaranı (6:3) mübarizədən kənarlaşdıran Coşqun Əzimovun həlledici görüşdə rəqibi Rusiya idmançısı Soslan Romanov olub. Rəqibinə uduzan güləşçimiz Hərbçilərin 6-cı Dünya İdman Oyunlarının gümüş medalına yiyələnib.

Xatırladaq ki, sərbəst güləş yarışlarının ilk günündə 65 kq-da mübarizə aparan Ağahüseyn Mustafayev bürünc medal qazanıb.

Yunan-Roma güləşçilərimiz isə, oktyabrın 9-10-da mübarizəyə qoşulacaq. Yunan-Roma güləşi yarışlarında Ramiz Məmmədov (59 kq), Samran Nəsibov (71 kq), Cavid İbrahimli (75 kq), Rafiq Hüseynov (80 kq), Soltan İsmayılov (85 kq) və Türmən Eyyubov (98 kq) ölkəmizi təmsil edəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail