Futbolçular psixoloji problemlərdən əziyyət çəkirlər- ARAŞDIRMA

07.10.2015 | 4709 dəfə oxunub

3 peşəkar futbolçudan biri depressiya və digər psixoloji problemdən əziyyət çəkir.

Stadium.az xəbər verir ki, bu haqda Beynəlxalq Peşəkar Futbolçuların Federasiyaları Assosiasiyasının (FİFPro) apardığı araşdırmalar zamanı belə qənaətə gəlinib. 

Araşdırmalar zamanı hazırda çıxış edən 607 futbolçu və 219 sabiq oyunçu iştirak edib. Hazırda oynayanlardan 55%-i, sabiqlərdən isə 64%-i karyeraları boyunca öz ölkələrində yüksək səviyyədə çıxış edənlər olub.

İndi də oynayanlardan 38%-i və keçmiş futbolçulardan 35%-i deyiblər ki, onlar depressiya və buna bənzər psixoloji problemlər hiss ediblər. 9% və 25% alkoqoldan istifadə ediblər, 23% və 25% futbolçular isə problemləri haqqında yuxularında sayıqlayıblar. 4% və 11% futbolçular isə bildirib ki, hazırda siqaret çəkirlər.

O cümlədən araşdırmalar ciddi zədələrlə depressiyalar arasındakı bağlılığı üzə çıxarıb. 3 və bundan daha çox zədə alan futbolçular 2-4 dəfə psixi problemlərlə üzləşib. Qeyd edək ki, 2013-cü ildə keçirilmiş ilk belə araşdırmaya görə, 26% futbolçuda müəyyən psixoloji problemlər üzə çıxmışdı. İndi görürük ki, bu rəqəm təxminən 10% artıb. Qaynar.info



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail