Azərbaycan güləşçisi bürünc medal qazandı

06.10.2015 | 5079 dəfə oxunub

Cənubi Koreyanın Mungyeong şəhərində keçirilən Hərbçilərin VI Dünya İdman Oyunlarında çıxış edən Azərbaycan komandası daha bir medal qazanıb.

 

Stadium.az xəbər verir ki, sərbəst güləş yarışlarının ilk günündə 65 kq-da mübarizə aparan Ağahüseyn Mustafayev bürünc medala sahib olub. 

O, əvvəlcə Almaniya təmsilçisi Kevin Henkeli (11:0), ardınca hindistanlı Raniş Ranişi (10:0) məğlub edib. Yarımfinalda rusiyalı Maqomed Kurbanaliyevə (1:3) hesabı ilə uduzan Mustafayev bürünc medal uğrunda təsəlliverici görüşdə ukraynalı Vasil Şuptarla görüşü qalib tamamlayaraq (5:0), fəxri kürsünün 3-cü pilləsinə qalxıb. 

57 kq çəkidəki Ruslan Qasımov isə ilk görüşdə Rusiya təmsilçisi Azamat Tuskaevi (3:2) məğlub edərək mübarizədən kənarlaşdırıb. Yarımfinalda qazaxstanlı Vladimir Kudrinə (5:10) uduzan güləşçi bürünc medal görüşünə çıxıb. Lakin hindistanlı Manqal Kadyanla görüşü də uduzan (4:11) Qasımov 5-ci olub. 

Sərbəst güləş yarışlarının ikinci günündə Mircəlal Həsənzadə (61 kq), Coşqun Əzimov (70 kq) və İbrahim Yusubov (86 kq) xalça üzərinə çıxacaq. 

Qeyd edək ki, bu, Azərbaycanın Hərbçilərin VI Dünya İdman Oyunlarında 5-ci medalı olub. Daha öncə cüdoçular 1 gümüş, 3 bürünc medal qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail