"10 ildə belə hesabla uduzmamışdım"-Yunis Hüseynov

06.10.2015 | 4785 dəfə oxunub

"Hazırda özümü yaxşı hiss edirəm. Təzyiqim qalxmışdı. Amma bu, olan şeydi. Kim əsəb keçirirsə, onda həmişə belə hallar olur. Məndə də oldu. Klub həkiminin ilkin yardımından sonra səhhətim qaydasına düşdü"

 

Stadium.az xəbər verir ki, bunu "Report"a açıqlamasında özünü piss hiss etdiyi üçün "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının VII tur matçından sonra mətbuat konfransında iştirak etməyən "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov deyib.

"Qəbələ" ilə oyundan sonra keçirilən mətbuat konfransına qatılmadığı üçün "Xəzər Lənkəran"ın AFFA-nın İntizam Komitəsi tərəfindən cərimələnməsi xəbərinə Hüseynov belə münasibət bildirib: "Cərimələyiblər? Bu xəbərə çox təəssüfləndim. Çox ağır qərardı".

 

Təcrübəli mütəxəssis onu da qeyd edib ki, həmin vaxt mətbuat konfransına gələrək, üzrxahlıq etmək iqtidarında olmayıb: "Bilirsiniz ki, mənim jurnalistlərə böyük hörmətim var. Bir jurnalist deyə bilməz ki, nə vaxtsa zəng etmişik, amma Yunis müəllim telefonu açmayıb, müsahibə verməyib. Hələ fasilə vaxtı özümü pis hiss edirdim. Klubumuzun həkimi gedib AFFA nümayəndəsi Abbas Hüseynovu məlumatlandırdı. Özüm dedim ki, gedirəm mətbuat konfransına. Həkim qoymadı. "İstirahət etməlisən. Özümüz gedib deyəcəyik" söylədi. Gedib federasiya əməkdaşına da dedilər ki, halı yoxdu. Orada da hansısa sənədə qol çəkilməsini istəyiblər. Sonra da həkim gəlib dedi ki, problem yoxdu, mətbuat konfransına köməkçi-məşqçi Vidadi Həsənov gedəcək. Açığı, İntizam Komitəsinin belə qərar verəcəyini gözləməzdim. Hamımız insanıq. Belə vəziyyətdə İntizam Komitəsi məni cərimələyirsə, bu, mənə təsir edir".

 

Baş məşqçinin sözlərinə görə, əsəbiləşməyinə səbəb komandanın 0:6 hesabı ilə məğlub olmasıdı. O, 10 illik məşqçi karyerası ərzində belə məğlub olmadığını söyləyib: "Tarixdə olmayan bir şey idi. 10 ildi baş məşqçi işləyirəm, komandalarım heç vaxt belə uduzmamışdı. 0:6 hesablı məğlubiyyət mənə çox pis təsir etdi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail