Azərbaycan gimnastları 3-cü oldu- FOTO

04.10.2015 | 3780 dəfə oxunub

Xəbər verdiyimiz kimi, Yaponiyanın paytaxtı Tokioda bədii gimnastika üzrə klublararası dünya çempionatı – “AEON CUP-2015” keçirilir. Yarışda dünyanın 23 ölkəsinin 25 klubunu təmsil edən 75 gimnast mübarizə aparır.

 

Azərbaycanı çempionatda təmsil edən “Ocaq Sport Club” komandası yarışlara Rusiyanın “Qazprom”, Belarusun “Dinamo”, Ukraynanın “Deryuginlər məktəbi” və Yaponiyanın “AEON” klubları ilə birlikdə birbaşa final mərhələsində qatılıb. Gərgin keçən idman mübarizəsindən sonra final mərhələsinin birinci gününü yuniorka gimnast Jalə Piriyeva dördüncü, sinyorka Marina Durunda isə altıncı yerdə başa vurublar. Həmin günün nəticələrinə görə komandamız 98.981 balla üçüncü yerdə qərarlaşıb.

“Ocaq Sport Club”un baş məşqçisi Marianna Vasilyeva AZƏRTAC-ın xüsusi müxbirinə bildirib ki, qızlarımızın çıxışı uğurlu alınıb və ümid edirik ki, budəfəki klublararası dünya çempionatında daha üstün yer əldə edəcəyik. Dünyanın bədii gimnastika üzrə ən güclü komandalarının qatıldığı çempionat oktyabrın 4-də başa çatacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail