"Bakıdakı şahmat olimpiadası da yüksək səviyyədə təşkilatçılıqla yadda qalacaq"

02.10.2015 | 4289 dəfə oxunub

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun finalında mübarizə aparacaq Rusiya təmsilçisi Sergey Karyakin turnirin mətbuat xidmətinə müsahibə verib.

Stadium.az xəbər verir ki, Ukrayna əsilli şahmatçı yarımfinalda Pavel Elyanovu məğlub etməsindən danışıb: “Elyanovla mübarizəmiz üç gün davam etdi. Bəlkə də bir-birimizi yaxşı tanıdığımıza görə belə oldu. Amma tay-breykdə çətin anlar az olmadı. Müəyyən məqamlarda rəqibim üstünlüyə malik idi. Həmin vaxt ümidimi itirmədim, sona qədər yarışdım. Layiqli qələbə qazanmaqla finala çıxdım. Artıq iddiaçılar turnirində iştirak edəcəyim dəqiqləşib. İndi məni Dünya Kubokunu qazanmaq düşündürür”.

Karyakin finalda Rusiyanın digər təmsilçisi Pyotr Svidlerlə görüşünün asan olmayacağını da söyləyib: “Finalda mübarizə tam fərqli olur. Artıq geriyə yol yoxdur. Hər ikimiz finalda mübarizə aparırıq. Amma Dünya Kuboku ikimizdən birinin olmalıdır. Əsas məqam tələsməməkdi. Bir səhv duelin taleyini həll edə bilər. Bakıda yarışdığım günlərdə Moskvada olan həyat yoldaşım çıxışımı izləyir. İstərdim ki, onu turnirdə qələbə qazanmaqla sevindirim”.

Dünya Kubokunun finalçısı yarışın təşkilatçılığı barədə də fikirlərini bölüşüb: “Azərbaycanda məni təəccübləndirmək çox çətindir. Çünki, Bakıda və Şəmkirdə yarışlarda iştirak etmişəm. Lakin bu dəfə turnirin yerləşdiyi gözəl otelə valeh oldum. Bakı hər il dəyişir. Təşkilatçılıq barədə yalnız xoş sözlər deyə bilərəm. Artıq indidən söyləmək olar ki, gələn il baş tutacaq şahmat olimpiadası da şahmat tarixində ən yaxşı təşkilatçılıqla yadda qalacaq”. azertac



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail