İlk Olimpiya mükafatçımızın xatirə turnirinə seçmə yarışlar başlayır
Oktyabrın 26-dan 28-dək Helsinki Olimpiya oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş güləş üzrə növbəti açıq respublika turniri keçiriləcək.
Stadium.az xəbər verir ki, oktyabrın 3-də turnirdə iştirak üçün sərbəst və yunan-Roma güləşi üzrə seçim xarakterli zona yarışlarına start verilir. Yarışlar, eyni zamanda, 2016-cı ildə keçiriləcək yeniyetmələrin Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.
1999-2000-ci il təvəllüdlü yeniyetmələr arasında təşkil olunan yarışların ilk mərhələsi Azərbaycan Güləş Federasiyasının nümayəndəlikləri tərəfindən keçiriləcək. Dünya Güləş Birliyinin qaydalarına əsasən keçirilən yarışlarda güləşçilər on çəki dərəcəsində (42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq) mübarizə aparacaqlar.
Nümayəndəliklər üzrə seçmə yarışlar oktyabrın 3-4-də Şəkidə, oktyabrın 4-də Qobustanda təşkil ediləcək. Bakıda isə oktyabrın 3-4-də sərbəst güləş, 5-6-da yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Yarışlar, həmçinin oktyabrın 9-10-da Salyanda, 10-11-də Sumqayıt və Şəmkirdə olacaq.
Seçmə mərhələdə qalib gəlmiş güləşçilər ayrılmış saya uyğun olaraq açıq respublika turnirində iştirak hüququ qazanacaqlar.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |