Hacıyev getdi, karate yığmamız pulsuz qaldı

28.09.2015 | 3362 dəfə oxunub

Avropa Oyunlarında 4 qızıl və 2 bürünc medal qazanan karate millimiz hazırda pulsuzluqdan əziyyət çəkir.
 
Stadium.az xəbər verir ki, bu barədə qaynar.info-ya yığmamızın məşqçisi Vahid Eyvazov bildirib. Onun sözlərinə görə, Cahangir Hacıyev Beynəlxalq Bankdan çıxarılandan sonra Yaşar Bəşirovun rəhbəri olduğu federasiya sponsorsuz qalıb. Belədə komanda artıq maydan bəri maaşını ala bilmir.
 
Xatırladaq ki, Yaşar Bəşirov Cahangir Hacıyevin iş ortağı olan Xaqani Bəşirovun qardaşıdır.
 
Hacıyevin vəziyyətinin pisləşməsindən sonra "Simurq" klubu futbolçulara olan borcları üzündən dağılıb. "İnter"də isə maaşlar azaldılıb və köhnə borclar hələ də tam şəkildə verilməyib.
 
Qeyd edək ki, bundan əvvəl Cüdo Federasiyasında yaranan maliyyə problemi üzündən idmançılarımız beynəlxalq yarışlarda gözlənilən nəticələri verə bilmirdilər. Artıq həmin federasiyanın başına dövlət neft şirkətinin və AFFA-nın prezidenti Rövnəq Abdullayev gətirilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail