Almeyda Premyer Liqada 7-ci Braziliyalı futbolçu oldu

28.09.2015 | 3190 dəfə oxunub

“Qarabağ”ın futbolçusu Riçard Almeyda Azərbaycan çempionatlarında yubiley - 25-ci qolunu vurub. Stadium.az xəbər verir ki, bu, Premyer Liqanın VI turunun “Neftçi” ilə matçına təsadüf edib. 

Penaltidən dəqiq istifadə edən cənubi amerikalı hesabı bərabərləşdirməklə yanaşı, özünün mövsümdə 3-cü, ümumilikdə 25-ci qoluna imza atıb. Almeyda buna 92 matçda nail olub. O, 2012/13 mövsümündə 13, 2013/14 mövsümündə 6, 2014/15 və 2015/16 mövsümlərinin hərəsində 3 dəfə fərqlənib.

Riçard Azərbaycan çempionatlarında 25 və daha çox qol vuran 7-ci braziliyalı legioner olub. Ona qədər Leandro Qomeş 41, Junivan Suares 40, Junior Nildo 37, Reynaldo Silva 34, Flavinyo 31, Fabio Luis Ramim 27 dəfə fərqlənmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail