Yay Olimpiya Oyunlarında idmançılara nə qədər pul veriləcək?

27.09.2015 | 2785 dəfə oxunub

Azərbaycan idmançılarının 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlığı üçün proqnozlaşdırılan vəsait açıqlanıb.

 

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimovun Reporta verdiyi məlumata görə, Nazirlər Kabinetindən bu məqsədlə 8 milyon manat vəsaitin ayrılacağı gözlənilir.

Vəsaitin yanvar ayınadək köçürülməsi nəzərdə tutulub.

Nazirliyin illik xərclərinə gəldikdə, M.Rəhimov bu rəqəmin 10 milyon manat civarında olacağını açıqlayıb: «Biz olimpiadaya hazırlığı da nəzərə almaqla, illik xərclərimizi hökumətə təqdim etdik. Ümumilikdə 18-19 milyon vəsaitə ehtiyac duyulduğunu bildirmişdik. Hazırda təklifə Nazirlər Kabinetində baxılır. Olimpiadaya hazırlığa 8 milyon manat ayrılacağı gözlənilir. Qalan vəsait isə illik xərclərimiz üçündür».

Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına Azərbaycan hələlik 20 lisenziya qazanıb. Vəsiqələr güləş (11), kayak və kanoe (3), atletika (2), bədii gimnastika (1), akademik avarçəkmə (1), kanoe-slalom (1) və boks (1) növlərində əldə olunub. Olimpiada 2016-cı il avqustun 5-dən 21-dək davam edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail