Hollandiya mətbuatı Samuel Armenterosdan yazdı

21.09.2015 | 3368 dəfə oxunub

“Qarabağ”ın yeni transferi Samuel Armenteros Azərbaycan çempionatında keçirdiyi ikinci görüşdə aktivinə 2-ci qolu yazdırıb. 

Stadium.az xəbər evrir ki, isveçli hücumçu “Xəzər Lənkəran”la matçda olduğu kimi, “Kəpəz”lə görüşdə də sonradan meydana daxil olaraq, rəqib qapısına yol tapıb.
 
25 yaşlı futbolçunun məhsuldarlığı Hollandiya mətbuatının da diqqətini cəlb edib. Armenteros “Anderlext”in futbolçusu olduğu dönəmdə icarə əsasında “Feyenoord” və “Villem II“ klublarında çıxış etdiyindən, hollandlar onun “Qarabağ”dakı karyerasını diqqətdə saxlayırlar.
 
Hollandiyanın voetbalkrant.com saytı Armenterosun “Anderlext”də heç cür etimadı doğrultmadığını yada salmaqla yanaşı, onun hazırda “Qarabağ”da əla çıxış etdiyini yazıb. “Armenteros “Qarabağ”da 9 günə “Anderlext”də vurduğu qoldan çox qol vurub” cümləsini qeyd edən həmkarlarımız isveçli futbolçunun hazırda əla formada olduğunu bildiriblər.
 
Armenterosun özü isə “Kəpəz”lə oyunda vurduğu qolun sevincini sosial şəbəkədə pərəstişkarları ilə belə bölüşüb: “Qarabağ”da 2-ci oyun, 2-ci qol. Yaxşı oyun və vacib 3 xal”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail