"Bakı 2015"i tamaşaçıların sayı açıqlandı

19.09.2015 | 2452 dəfə oxunub

"Bakı 2015" I Avropa Oyunlarının dünyada 1,7 milyard tamaşaçı auditoriyası olub. 


Stadium.az xəbər verir ki, bunu Avropa Olimpiya Komitəsi (EOC) bəyan edib.

Rəsmi açıqlamada bildirilir ki, Oyunları 145 ölkədə 832 milyon evdən izləyiblər. Yayımı isə Avropanın 38, digər qitələrin isə 53 telestansiyası həyata keçirib. Beynəlxalq Yayım Birliyi 12 - 28 iyun aralığında 1000 saatlıq canlı yayım həyata keçirib.

EOC prezidenti Patrik Hikki bildirib ki, bu rəqəmlər ilk Avropa Oyunlarının qitə və dünyanın idman həvəskarları arasında böyük populyarlığını bir daha nümayiş etdirir: "Oyunlar zamanı dərhal anladıq ki, mötəbər idman yarışı televiziya tamaşaçıları arasında ümid etdiyimizdən də çox populyarlıq qazanıb. Neçə-neçə yayımçı əvvəlcədən razılaşdırıldığından da çox yayım həyata keçirmək xahişi ilə bizə bir daha müraciət etdi. Bu rəqəmlər həm də 2019-cu il II Avropa Oyunlarının təşkilatçılarına daha çox yayım və kommersiya müqavilələri bağlamaq imkanı verəcək".

"Bakı 2015" yayımı "Sportel TV"nin ən yaxşı canlı yayım kateqoriyasında 3 namizəddən biri kimi tanınıb. P.Hikki bunu da sevindirici hal kimi dəyərləndirib. O, I Avropa Oyunlarının yüksək keyfiyyətlə yayımlandığını və çox cəlbedici idman məhsulu olmasını sübuta yetirdiyini vurğulayıb. (Report)  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail