PAOK-un baş məşqçisi: “Biz ancaq qələbə qazanmaq üçün oynayacağıq”

16.09.2015 | 3015 dəfə oxunub

Sabah Avropa Liqasının qrup mərhələsinin “Qəbələ” – PAOK oyunundan əvvəl yunan klubunun baş məşqçisi İqor Tudorun mətbuat konfransını təqdim edirik:

- Sabahkı oyunda əsas futbolçulardan olan Kadze oynamayacaq. Bu itkidir?

- O zədəlidir, bizim üçün itkidir. Ancaq onun yerini dolduran futbolçularımız var.

- “Qəbələ” sizin üçün nə qədər təhlükəli komandadır?

- “Panatinaikos” kimi klubu mübarizədən kənarlaşdırmaq böyük işdir. Onlar bunu bacarıblar. Təcrübələri az olsa da, hücumda bəzən çox yxşı iş görürlər. Onlarda bizim üçün maraqlı futbolçular var. Keyfiyyət baxımından yüksək qiymətləndirilməlidirlər. Biz həmişə yaxşı nəticə üçün oynamışıq. Mənim üçün önəmli olan komandamın yaxşı futbol sərgiləməsidir. Bu olarsa, o zaman nəticə də olacaq.

- PAOK səfərdə qol vura bilmir. Ya uduzur, ya heç-heçə edir. Siz sabah bərabərliyə razısız?

- Qalib gəlməklə pis oyun göstərmək arasında böyük fərq var. Razı deyiləm ki, biz səfər oyunlarında pis çıxış edirik. Bəzən nəticə bir çox amillərdən aslı olur. Qarşıdakı rəqibdən, hakimlikdən və.s

- Heç-heçə sizi qane edəcək?

- Biz qalib gəlmək üçün oynayacağıq.

- “Panatinaikos”a iki qol vuran Dodo üçün xüsusi tədbir hazırlamısız?

- Təbii ki, biz bunu nəzərə almışıq. Ancaq bunu detalları ilə sizə deyə bilmərəm. “Qəbələ” güclü komandadır. Biz bununla barışmışıq.

- Sizin futbolçunuz Fakunda Pereyranı “Qəbələ”yə icarəyə vermisiz. Qorxmursuz ki, sizi sabah cəzalandıra?

- Təbii ki, o, sabah meydanda xüsusi motivasiyayla oynayacaq. Mən on bütün oyunlarda uğurlar arzulayıram, ancaq sabahkı oyundan başqa.

- Sizə kimi “Qəbələ”nin iki yunan klubunu mübarizədən kənarlaşdırması üzərinizdə psixoloji gərginlik yardır?

- Təzyiq həmişə olur.

- Berbatovu sabah start heyətində meydanda görə biləcəyik?

- Bu, oyundan aslı olacaq. Start heyətində meydanda olmayacaq, amma qarşılaşmanın gedişatında meydana daxil ola bilər. Çünki Berbatov uzun müddət hazırlıqsız olub.

- Siz Robert Prosineçkiylə Xorvatiya millisində oynamısız. “Qəbələ” barədə ondan nəsə soruşmusuz?

- Təbii ki, onunla danışmışam. İki saat əvvəl də söhbətimiz olub. Hər şeydən əvvəl o, mənim yaxın dostumdur. Həm də yaxşı məşqçidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail