Olimpiya Oyunlarına daha bir lisenziya gümüş medalla gəldi

13.09.2015 | 3464 dəfə oxunub

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı başa çatdı.


Stadium.az xəbər verir ki, çempionatın son günündə sərbəst güləş üzrə 57, 70, 74 və 125 kq çəki dərəcələrində qaliblər müəyyənləşdilər.

Cəmaləddin Məhəmmədov (125 kq) gümüş medal əldə etdi və lisenziya qazandı.


57 kq 
1/16 final - Marsel Evald (GER) - Mahir Əmiraslanov - 0:7
1/8 final - Yuki Takahaşi (JPN) - Mahir Əmiraslanov - 5:3

70 kq
1/16 final - Dejan Mitrov (MKD) - Ruslan Dibirhacıyev - 0:10
1/8 final - Bekzod Abduraxmonov (UZB) - Ruslan Dibirhacıyev - 4:2

74 kq
1/16 final - Stefan Reixmut (SUİ) - Cəbrayıl Həsənov - 0:8
1/8 final - Cəbrayıl Həsənov - Anvar Geduev (RUS) - 0:4

125 kq
1/16 final - Cəmaləddin Məhəmmədov - Mohammed Sabah Abdulmalek Saklave (İRQ) 10:0
1/8 final - Cəmaləddin Məhəmmədov - Nobuyoşi Arakida (JPN) 11:0
1/4 final - Cəmaləddin Məhəmmədov - Çulunbat Jarqalsayxan (MGL) - təmiz qələbə
1/2 final - Cəmaləddin Məhəmmədov - Geno Petriaşvili (GEO) - təmiz qələbə
Final - Cəmaləddin Məhəmmədov - Taxa Akgül (TUR) - 0:10

Məlumat üçün bildirək ki, Las Veqasda keçirilən Dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılır. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edir.

Xatırladaq ki, bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq) və Yuliya Ratkeviç (58 kq), sərbəst güləşçilərdən Toğrul Əsgərov (65 kq), Məhəmmədhacı Xatiyev (86 kq) və Xetaq Qazyumov (97 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib.

Yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc, qadın güləşçilərdən Mariya Stadnik (48 kq) gümüş, Yuliya Ratkeviç (58 kq) bürünc, sərbəst güləşçilərdən Hacı Əliyev (61 kq) qızıl, Xetaq Qazyumov (97 kq) bürünc medala yiyələnib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail