"Sizin futbolçular özlərindən razıdırlar"

23.09.2011 | 5826 dəfə oxunub

Türkiyəli futbol mütəxəssisi Eyüp Demirçinin müsahibəsi

- Ölkəmizə gəlişinizin səfəri nə ilə bağlıdır? 
- Azərbaycan klublarından biri ilə anlaşıb, uşaq komandasında çalışmaq istəyirəm.

- Bu istək sizdə haradandır? 
- Azərbaycana tez-tez gəlib-gedirəm. Dəfələrlə uşaq komandalarınızın oyunlarını, məşqini izləmişəm. Gənc və yeniyetmələrdə nə qədər potensialın olduğunu gördüm. Amma nədənsə bu potensial böyüklərin yarışlarında hiss olunmur.

- Sizcə, bu nə ilə bağlıdır? 
- Fikrimcə, sizin futbolçular çox ərköyünləşib. Yüksək nəticələri olmasa da, qazandıqlarının müqabilində özlərindən razıdırlar. Söhbət sırf futbolçu kimi razılıqdan gedir. İnsan kimi isə bəzilərini tanıyıram. Çox yaxşı insanlardır.

- Bəs inkişafa nail olmaq olarmı? 
- Azərbaycan Türkiyə yığmasını məğlub edən komandadır. Bu isə o deməkdir ki, futbolçularda da potensial var. Xüsusilə, uşaq futbolunda. Sadəcə, bu sahədə işi düzgün qurmaq lazımdır.

- Siz bu sahədə nə dərəcədə təcrübəyə maliksiniz? 
- Son illər Türkiyənin həvəskar komandalarının uşaqları ilə çalışmışam. İstanbul təmsilçilərindən biri ilə işləyirdim. Eyni zamanda, “Beşiktaş”la əməkdaşlıq edirdim.

- Məşhur İstanbul təmsilçisinin uşaq komandasında çalışırdınız? 
- Xeyr. Sizdə o qədər yayılmasa da, Avropada futbol skautları var. Onlar böyük klubların uşaq-gənclər komandalarına istedad axtarmaqla məşğuldur. Mən də “Beşiktaş”la belə çalışırdım. Rəsmən oranın işçisi deyildim, çünki həmin vaxt bank məmuru idim.

- Skaut kimi kəşf etdiyiniz tanınmış futbolçular olub? 
- Türkiyə səviyyəsində tanınanlar olub ki, onlar da artıq karyeralarını bitiriblər. Biri “Fənərbaxça”ya keçmişdi, amma avtomobil qəzasına düşdü, digərisə ən yaxşı halda “Bakirköyspor”da çıxış edib.

- Yəqin ki, məşqçiliyə qədər futbolçu olmusunuz? 
- Futbolçu karyeram 1970-ci ildə başlayıb. O vaxt “Qalatasaray”ın gənclərdən ibarət komandasında oynayırdım. Ardınca “Sarıyer” klubuna transfer olundum. Hərbi xidmətdən sonra isə həvəskar komandalarda çıxış etdim. 1988-ci ildə karyeramı bitirdikdən cəmi 3 il sonra həvəskar komandada işə başladım. 1994-cü ildə məşqçilik üzrə B kateqoriyasına yiyələndim. 1 ay əvvəl isə Pro kateqoriyası aldım.

- Belə zəngin təcrübəyə malik olduğunuz halda, niyə Türkiyəyə deyil, Azərbaycana kömək etmək istəyirsiniz? 
- Mən “Neftçi” və “Qarabağ”ın uşaq komandalarını izləmişəm. Hətta “Neftçi”nin məşqçisi mənə yaxınlaşıb məsləhətlərimi aldı, ona təcrübəmdən nəsə öyrətməyi də xahiş etdi. Bu uşaqların arasında o qədər istedad gördüm ki, onların üzə çıxarılması üçün çalışmağa qərar verdim. Çünki ölkənizdə bu sahədə yüksək səviyyəli mütəxəssis çatışmazlığı var.

- Dediklərinizi aradan qaldırmaq üçün nə məsləhət görürsünüz? 
- Burda gördüm ki, klub rəhbərləri az qala bütün vəsaiti əsas komandaya yönəldirlər. Bu başadüşüləndir. Axı klubu tanıdan, üzünü ağ edən əsas komandadır. Lakin uşaq futboluna da kifayət qədər fikir vermək lazımdır. Üstəlik, uşaq məşqçilərinin düşüncəsi dəyişməlidir.

- Nəyi nəzərdə tutursunuz? 
- 10-16 yaşında uşaqları qələbə üçün oynatmağı, nəticə istəməyi düzgün saymıram. Bütün dünyada belədir ki, uşağa əvvəl oynamağı, meydanda topla necə rəftarı öyrədirlər. Bütün bunları bildikdən sonra, 16 yaşından sonra nəticə haqda düşünmək olar. Sizdə isə belə deyil.

- Azərbaycan klubları ilə bu haqda danışıqlarınız olubmu? 
- “Xəzər Lənkəran” və “Bakı” rəsmiləri ilə görüşlərimiz olub. Təkliflərimi onlara demişəm. Lakin tam anlaşa bilməmişik. İndi də klublarınızdan təklif gözləyirəm.
 

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail