“Bakı” “Neftçi” ilə oyunqabağı daha bir əsas oyunçusunu itirdi

22.09.2011 | 4268 dəfə oxunub

Premyer Liqanın VIII turunda “Neftçi” ilə görüşəcək “Bakı” klubu ciddi itki ilə üzləşib. Stadium.az xəbər verir ki, baş məşqçi Aleksandr Starkov təcrübəli müdafiəçi Stevan Batesin xidmətindən məhrum olub.

Zədədən əziyyət çəkən serbiyalının “Neftçi” ilə görüşdə iştirakı gözlənilsə də, həkimlər buna icazə verməyiblər. 30 yaşlı müdafiəçinin yoxluğunda baş məşqçinin Aleksey Savinova güvənəcəyi gözlənilir. Bateslə yanaşı, Fabio Luis Ramim də “zolaqlılar”a kömək etmək iqtidarında deyil. 

Əvəzində Evlin Məmmədovun dönüşü məşqçilər korpusunu sevindirir. AFFA tərəfindən Türkiyədə müalicə alan yarımmüdafiəçinin oynamasında heç bir problem qalmayıb. 

“Neftçi” - “Bakı” matçı sabah Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail