Hüseynovun vəkili: “Sanki Azərbaycanda tanınmış qələm sahibi qətlə yetirilib”

30.08.2015 | 4368 dəfə oxunub

Cavid Hüseynovun vəkili Adəm Məmmədov  “Qəbələ”nin sabiq kapitanı Cavid Hüseynova baş çəkib. Onun hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov futbolçunun saxlanma şəraitindən hər hansı narazılığının olmadığını deyib:

 “Səhhəti normaldır. Buna baxmayaraq, çox darıxır. Öyrəşmədiyi mühit onu çox sıxır”.
Adəm Məmmədov bildirib ki, “Qəbələ” və “Qarabağ” komandalarının qələbəsi Cavidi çox sevindirib: “Hədsiz sevincli idi. Çünki pley-off mərhələsinə qədər “Qəbələ”nin qələbəsində onun əməyi danılmazdır. Mühüm oyunlarda komandasında olmamaq bir idmançı üçün çox ağırdır”.
Hüquq müdafiəçisi Cavidin günahsız olduğunun sübuta yetririləcəyinə inandığını vurğulayıb: “Bu adam evində olduğu bir vaxtda baş verən hadisəyə görə həbsdədir. Halbuki baş verən hadisədən hamı kimi sonradan xəbər tutub. Gec-tez ədalət öz yerini tapacaq. Biz buna inanırıq”.
Adəm Məmmədov onu da deyib ki, ABŞ səfirliyi, Avropa Şurasının baş katibi Torbyorn Yaqland jurnalist Rasim Əliyevin ölümü ilə bağlı verdiyi bəyanata cavab olaraq müvafiq addımlar atılacaq:

“Azərbaycanda fotoreportyor kimi fəaliyyət göstərən, xarici mətbuatda isə tanınmış jurnalist kimi təqdim edilən Rasim Əliyevin ölümü ilə bağlı sözügedən qurumların verdiyi bəyanatlara adekvat müraciət hazırdır. Avropa Şurasına, eyni zamanda bəzi səfirliklərə də bu müraciəti göndərəcəyik. Çünki adi məişət zəminində baş verən hadisəni elə yayıblar ki, sanki Azərbaycanda tanınmış qələm sahibi qətlə yetirilib. Əlbəttə, söhbət insan ölümündən gedir, buna hamı təəssüflənir.
Amma mərhumun tanınmış şəxs kimi təqdim olunması Azərbaycan barədə yanlış, qərəzli təsəvvürlərin yaranmasına səbəb olduğundan biz də buna qarşı müvafiq addımlar atacağıq. Nəzərə almaq lazımdır ki, dünyanın müxtəlif ölkələrində gün ərzində, adi məişət zəminində onlarla belə ölüm halları qeydə alınır”.

Avqustun 27-də Səbayel rayon Məhkəməsində Cavid Hüseynov barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün verilən vəsatətə baxılıb.
Hakim Elşad Şamıyevin sədrliyi ilə keçirilən prosesdə Cavid Hüseynovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin olunmayıb.  

Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı Səbayel rayon Məhkəməsi Cavid  Hüseynovu həbs edib.
İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə 3 ay həbs qətimkan tədbiri seçilib.
Cinayətin Cavid Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır.  Daha sonra Səbail rayon Məhkəməsi futbolçunun həbs qətimkan tədbirinin ev qustaqlığı ilə əvəz olunması üçün qaldırılan vəsatəti təmin etməyib.
Vəkili məhkəmənin qərarından Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verib. Yaxın günlərdə Cavid Hüseynovun apelyasiya şikayətinə baxılacaq.(Xəbər365)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail