Futbolçular Hacı İbrahimdən məvaciblərini tələb edir

28.08.2015 | 3344 dəfə oxunub

Tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin sahibi olduğu “AVESTA” konserninin tərkibində fəaliyyət göstərən “Xəzər adaları” futzal klubunun oyunçuları Lent.az-a müraciət edib.

 
Stadium.az xəbər verir ki, bir neçə aydır ki, məvaciblərini ala bilmədiklərini bildirən futbolçu və məşqçilər problemlərinin həll edilməsini istəyir: “Aramızda xarici oyunçular da var. Onların da məvacibləri ödənilmir və hazırda UEFA və FİFA-ya şikayət etməyə çalışırlar. “AVESTA” konserninin rəhbərliyi bizə vədlər  verir. Amma bir neçə ay keçməsinə baxmayaraq, heç bir ödəniş edilməyib”.
 
Müraciətdə qeyd edilir ki, xarici oyunçular səfirlik, AFFA VƏ FİFA-ya şikayət edərək məsələni həll etmək istəyirlər: “Lakin onların qarşısını klubun rəhbərləri olan Ceyhun Aslanov və Elnur Qəmbərov saxlayıb. Əlavə olaraq onu da qeyd edə bilərik ki, xarici vətəndaşların qaldığı evlərə təxminən 7-8 min manat borc qalıb. Onlar da hələ ki, gözləmə mövqeyindədirlər”.
 
Qeyd edək ki, futbolçu, məşqçi və texniki heyət üzvlərinə ödəniləcək ümumi məbləğ 152000-155000 manat təşkil edir. Bura 3 oyunun qələbə mükafatını əlavə edəndə əlavə 25 min manat ödəniş də yaranır.
 
Məvacibləri verilməyən idmançılar aşağıdakılardır:
 
 1.Elnur Qəmbərov, məşqçi oyunçu - 2 ay + çempionluq bonusu
2.Ağatahir Əzimov, köməkçi məşqçi - 2 ay + çempionluq bonusu
3.Vüqar Qəmbərov, hazırlıq üzrə məşqçi- 2 ay + çempionluq bonusu
4.Gamella Conde Anjel (İSPANİYA),fiziki məşqçi - 3 ay + çempionluq bonusu
5.Naib Abdulla, baş həkim - 2 ay + çempionluq bonusu
6.Elvin Musayev, köməkçi həkim - 2 ay + çempionluq bonusu
7.Orxan Hüseynov, mətbuat katibi - 2 ay + çempionluq bonusu
8.Ceyhun Aslanov, menecer - 2 ay + çempionluq bonusu
9.Elnur Zamanov, qapıçı - 2 ay + çempionluq bonusu
10.Zeynal Zeynalov, - 2 ay + çempionluq bonusu
11.Kamran Hacıyev, qapıçı - 2 ay + çempionluq bonusu
12.Polad Kərimov - 2 ay + çempionluq bonusu
13.Aleksandr Araca (Braziliya) - 3 ay + çempionluq bonusu
14.Leonardo Oliveira (Braziliya) - 3 ay + çempionluq bonusu
15.Cesar Augusto (Braziliya) - 3 ay + çempionluq bonusu
16.Amadeu Fernandes - 3 ay + çempionluq bonusu
17.Eduardo Mello Borges - 3 ay + çempionluq bonusu
18.Fineo Araujo - 3 ay + çempionluq bonusu
19.Carlos Anos (İspaniya) - 3 ay + çempionluq bonusu
20.Lolo Jarke (İspaniya) - 3 ay + çempionluq bonusu
21.Davi Ribeiro (Braziliya) - 3 ay + çempionluq bonusu
22.Chico Brogilio (Braziliya) - 3 ay + çempionluq bonusu
 
 
Qeyd edək ki, şikayətçilər arasında Azərbaycanın futzal yığmasının üzvləri də var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail