Milli komandamız Meksikaya yollandı

26.08.2015 | 3372 dəfə oxunub

Boks üzrə milli komandamız təlim-məşq toplanışı üçün Meksikaya yollanıb. Stadium.az xəbər verir ki, boksçularımız oktyabrda Qətərdə keçiriləcək dünya çempionatına Şimali Amerikada hazırlıq keçəcəklər.
 
Rio de Janeyro Olimpiadasına lisenziya xarakterli yarışda komandamız tam heyətlə çıxış edəcək. Meksikadakı təlim-məşq toplanışında baş məşqçi Pedro Roke, məşqçilər Lazaro Ximenes və Nəriman Abdullayevin rəhbərliyi altında 9 bokçumuz hazırlıq keçir.
 
Seçmə komandamızın liderlərindən yalnız Məhəmmədrəsul Məcidov (+91 kq) zədə səbəbindən toplanışa yollanmayıb. Avropa Oyunlarında iştirak etməyən Cavid Çələbiyev (56 kq) bu dəfə heyətə daxil edilib. Bu yaxınlarda Bolqarıstanda keçirilən Avropa çempionatında bürünc medal qazanan Rüfət Hüseynov da Meksikaya yollanıb. 
 
Komandamızın sentyabrın 5-ə kimi Meksikada qalması gözlənilir. Xatırladaq ki, boksçularımız Avropa Oyunlarından öncə də bu ölkədə toplanış keçiblər.
 
Milli komandamız səfərə aşağıdakı heyətlə çıxıb.
 
49 kq. Rüfət Hüseynov
52 kq. Elvin Məmişzadə 
56 kq. Cavid Çələbiyev 
60 kq. Albert Səlimov 
64 kq. Lorenzo Sotomayor
69 kq. Pərviz Bağırov 
75 kq. Xaybulla Musalov 
81 kq. Teymur Məmmədov 
91 kq. Abdulqadir Abdullayev



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail