Türkiyəli aparıcılar Tofiq Bəhramovu ələ saldılar VİDEO

19.08.2015 | 5910 dəfə oxunub

Türkiyənin “NTV Spor” telekanalında yayımlanan “Qol” verilişində azərbaycanlı mərhum FİFA hakimi Tofiq Bəhramovun ünvanına xoşagəlməz ifadələr səsləndirilib. Stadium.az xəbər verir ki, Emek Ege və Güntekin Onayın aparıcısı olduğu proqramda Dieqo Maradonanın 1986-cı il dünya çempionatının 1/4 finalında İngiltərənin qapısına əllə vurduğu qoldan söhbət düşüb.

Həmin qolu saymayan tunisli referi Əli ben Naserin günahı bolqarıstanlı yan xətt hakimində görməsi vurğulandıqda Bəhramov xatırlanıb. DÇ-1966-nın final matçında İngiltərənin Almaniyanın qapısına vurduğu zərbəni qol kimi hesaba alan həmyerlimizin soyadını dəqiq söyləməkdə çətinlik çəkən aparıcılar arasında belə bir dialoq yaşanıb:

Emek Ege: “1966-cı il dünya çempionatında “Xətti keçib-keçmədi” deyə mübahisələrə səbəb olan bir qol var…”
Güntekin Onay: “Bəli, azəri hakim… Tofiq…”
– Bayramov. Bayramovmu, Bəhramovmu?
– Bəhramov.
– Adı Bakıdakı stadiona verilib.
– Sanki çox önəmli bir iş görübmüş kimi, deyilmi? (gülürlər – red.) Xətti keçməyən topu qol sayıb.
– Səncə, o top xətti keçmədimi?
– Məncə, o epizodda qol yoxdur.
– Heç bəlli olmur. Mən zərbənin müəllifi, ingiltərəli futbolçu Joff Hörstlə danışmışdım. Qətiyyətlə “keçmişdi” deyirdi. Hər halda ingilislər belə düşünür.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail