AFFA "Simur"qa cəza və cərimə yağdırdı, "Turan"ın "sarı"sını sildi

20.09.2011 | 4925 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Stadium.az xəbər verir ki, bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:

Premyer Liqanın VI turunun “Simurq”– “Kəpəz” matçının 45-ci dəqiqəsində “Kəpəz” klubunun 32 №-li futbolçusu Razvan Tarlea kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 (iki yüz) manat cərimə olunur (maddə 48).

Oyunun 65-ci və 73-cü dəqiqəsində “Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 (iki min) manat cərimə olunur (maddə 52).

Matçın 65-ci dəqiqəsində “Simurq” klubunun 2 №-li futbolçusu İlkin Qırtımov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 (iki min) manat cərimə olunur (maddə 38.1).

Oyunun 74-cü dəqiqəsində “Kəpəz” klubunun 10 №-li futbolçusu Ceyhun Sultanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 (iki yüz) manat cərimə olunur (maddə 48).

Premyer Liqanın VI turunun “Qarabağ” – “Xəzər Lənkəran” matçının 63-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 2 №-li futbolçusu Elnur Allahverdiyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 (iki yüz) manat cərimə olunur (maddə 48).

Premyer Liqasının VI turunun “Turan” – “Bakı” matçında “Turan” və “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 (bir min) manat cərimə olunur (maddə 40).

Oyunun 45-ci dəqiqəsində “Turan” klubunun azarkeşləri tərəfindən meydançaya meydançaya kənar əşya atıldığı üçün klub 2000 (iki min) manat cərimə olunur (maddə 52).

“Turan” klubu matçın 15-ci dəqiqəsində “Turan” klubunun 22 №-li futbolçusu Məhərrəm Müslümzadənin əllə oyuna görə, matçın 45-ci dəqiqəsində isə klubun 7 №-li futbolçusu Ramal Hüseynovun hakimə etiraz etdiyinə görə sarı vərəqə ilə cəzalandırıldığı və göstərilən vərəqələrin əsasız olması haqqında İntizam Komitəsinə məktub ünvanlamışdır. Matçın video yazısını izlədikdən sonra İntizam Komitəsi nəzərdə tutulan hadisələr haqqında aşağıdakı qərarları qəbul etdi:

1.  Matçın 15-ci dəqiqəsində “Turan” klubunun 22 №-li futbolçusu Məhərrəm Müslümzadəyə əllə oyuna görə göstərilmiş sarı vərəqə ləğv edilsin.

2.  Matçın 45-ci dəqiqəsində  klubun 7 №-li futbolçusu Ramal Hüseynova hakimə etiraz etdiyinə görə göstərilmiş sarı vərəqə qüvvədə qalsın.

Premyer Liqasının VI turunun “Neftçi” – “Qəbələ” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (bir min) manat cərimə olunur (maddə 40).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail