Döyülən jurnalist vəfat etdi

09.08.2015 | 4493 dəfə oxunub

Dünən döyülən jurnalist Rasim Əliyev vəfat edib. Stadium.az xəbər verir ki, o, bu gün səhər saatlarında 1 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.

Rasim Əliyev dünən Bayıl ərazisində vəhşicəsinə döyülmüşdü. Xəstəхanaya yerləşdrilən jurnalistin 4 qabırğası sınmışdı və qulağı eşitmirdi.

Onun ölümünə həkim səhlənkarlığı səbəb olub. Belə ki, sınmış qabırğalardan biri ciyərə batıb və daхili qanaхma olub. Lakin həkimlər bunu müəyyənləşdirə bilməyib. Nəticədə Rasim Əliyev bu gün səhər saatlarında vəfat edib.

Rasim Əliyevin "Facebook"da futbolçu Cavid Hüseynovun "Qəbələ" - "Apollon" oyunundan sonra kiprli jurnalistə etdiyi jesti tənqid edən status yazmışdı. Futbolçu dünən mətbuata verdiyi açıqlamasında bildirib ki, jurnalistlə telefonla danışaraq problemi həll edib və onun döyülməsində qohumlarının əli yoхdur.

Yayılan xəbərlərdə isə jurnalisti Cavidin qohumlarının döydüyü iddia edilirdi.

Bu isə o qədər də inandırıcı görünmür. Çünki Rasim Əliyev hələ iyulun 25-də şəxsi "facebook" səhisəfindən məlumat paylaşaraq bildirmişdi ki, onu təhdid edirlər və bununla bağlı polisə müraciət edib. Hətta onu polis bölməsinə dəvət edərək izahat da alıblar.





Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail