Cavid Hüseynov: “Çukariçki”ni məğlub etmək gücündəyik"

19.07.2015 | 3222 dəfə oxunub

"Serbiyadakı qarşılaşmada 0:1 hesabı ilə məğlub olduq. Bakıda keçiriləcək cavab qarşılaşmasında qalib gəlib, mərhələ adlamalıyıq". Stadium.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Cavid Hüseynov klubun rəsmi saytına açıqlamasına deyib.

Cavid Hüseynov Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "Çukariçki" ilə cavab matçında bütün gücünü ortaya qoyacaqlarını bildirib: "Səfərdə öz oyunumuzu, bizdən gözlənilən futbolu nümayiş etdirə bilmədik. İlk oyundakı çatışmazlıqları aradan qaldırıb, cavab oyununda qalib gəlməliyik. 

Bunun üçün var gücümüzü ortaya qoyacağıq. “Çukariçki” “Qəbələ”dən güclü komanda deyil. Səfərdəki görüşü unudub, öz futbolumuzu oynamalı, mübarizə aparmalıyıq. Komandamız daha yaxşı futbol oynamağı bacarır. “Çukariçki”ni məğlub etmək gücündəyik. Bacarığımızı tam nümayiş etdirsək, mərhələ adlayacağıq. Bunun üçün də cavab matçına köklənməliyik”.

İyulun 16-da Bakıdakı 8-ci km qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - "Çukariçki" oyunu saat 21:00-da başlayacaq. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail