Ermənilər Qarabağ atları haqda yalan danışır

17.07.2015 | 20795 dəfə oxunub

Son günlərdə Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycanın tarixi-mədəni iris olan Qarabağ cins atları ilə bağlı yalan məlumatlar öz əksini tapmaqdadır. Stadium.az xəbər verir ki, bu dünya ictimaiyyətinə məlum olan erməni işğalçı siyasətinin növbəti çirkin addımıdır.

Dünyada mövcud olan 260-dan çox at cinslərindən 2-si Azərbaycana məxsusdur. Bunlar Qarabağ və Dilbaz cinsləridir. Qarabağ atı yalnız Azərbaycan ərazisində deyil, regionda mövcud olan bir sıra digər at cinslərinin formalaşmasında da iştiraketmişdir. Buna Don, Budyonnıy cinslərini missal göstərmək olar. Lakin bu bir həqiqətdir ki, bu atların əsas damazlıq özəyi Azərbaycana məxsusdur. Beləki, ən qədim zamanlardan bu ərazilərdə cinsin köhnə tipləri, qızılı atlar mövcud olmuşdur. Tarixin sonrakı mərhələlərində cinsin daha tipik və saf qanlı nümunələri Qarabağ xanları Pənahxanın, Mehdiquluxanın, İbrahimxanın, Cəfərqulu-Cavanşirxanın, Xurşud Banu Natəvanın nəzarətində yetişdirilmişdir.

Sovet dönəmində də Qarabağ atı özünə məxsus inkişaf yolu keçmiş, ötən əsrin ortalarında Qarabağ xan atlarının nəslindən olan damazlıq atların əsasında 1949-cu ildə Ağdam Atçılıq Zavodu yaradılmışdır. Ağdam At Zavodu hazırki dövrə qədər inkişafını davam etdirməkdədir. Qarabağ muharibəsi zamanı erməni işğalçı qoşunları Ağdam Atçılıq Zavodunun ərazisinidə işğal edərkən Qarabağ atları xilas edilmiş və Bərdə Rayonunun ərazisində Lənbəran qışlağında yerləşdirilmişdir. Həmin təsərrüfat hal-hazırda da fəaliyyətini davam etdirir və damazlıq-özək funksiyasını daşımaqdadır. Bununla belə Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni iqtisadi şəraitin tələbinə uyğun olaraq 20-dən artıq özəl qurumlar və fiziki şəxslər Qarabağ atı yetişdirməkdədir.

Bununla belə 1970-1980-ci illərdə bir sıra avropa ölkələrinə Qarabağ atı Moskvadakı auksionlar vasitəsi ilə satılmışdır.

Cinsin qəbul edilmiş beynəlxalq qaydalara uyğun olaraq damazlıq kitabı (studbook) mövcuddur və onun ən qədim dövrlərdən bugünə kimi nəsil şəcərələri məlumdur. Müasir dövrün tələblərinə uyğun olaraq DNT analizləri əsasında atların nəsil mənsubiyyəti və cinsin genetic parametrlərinə uyğunluğu nəzərə alınaraq qeydiyyata alınmaqdadır.

Qarabağ atları davamlı olaraq cıdır yarışlarında iştirak edir. Bununla yanaşı “Çovqan” milli atüstü oyunu üzrə yaradılan bir neçə komandada Qarabağ atlarından təşkil olunmuşdur. Son illər beynəlxalq arenada daha çox sensasiya doğuran amil kimi Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Qarabağ atları

üzərində “Süvarilər” atüstü şousunun təşkili, habelə “Qızıl Oğlan 2” adlı Qarabağ atının 2012-ci ilin may ayında İngilis kraliçası İİ Yelizavetanın hakimmiyyətə gəlişinin 60 illik yubileyi ilə əlaqədar keçirilən mərasimlərdə Azərbaycanın milli rəqsini dresaj elementləri ilə tandem şəklində ifa etməsi beynəlxalq arenada geniş rezonans doğurmuşdur. Məhz həmin tədbir ərəfəsində Federasiyanın rəhbər heyəti ingilis kraliçası ilə görüşmüşdür. Həmin görüşdə 1956-cı ildə Sovet Höküməti tərəfindən kraliçaya hədiyyəedilmiş Azərbaycanın əvəzsiz genefond nümunəsi olan “Zaman” adlı Qarabağ atı xoş xatirələrlə yada salınmışdır.

Təsadüfi deyil ki, UNESCO-nun 2013-cü il dekabrın 2-dən 7-dək Bakı şəhərində keçirilən baş assambleyasında Qarabağ atı Azərbaycanın “Çovqan” atüstü milli oyunu ilə vahid element şəklindəTəxirəsalınmaz Qorunmağa Ehtiyac Duyulan Qeyri-Maddi İrs siyahısına daxil edilmişdir. 140-dan artıq dövlətin mədəniyyət və elm xadimlərinin səs verdiyi bu faylın qəbulu ilə əslində Azərbaycan sübut etdi ki, Qarabağ ərazisi və həmin əraziyə aid olan Qarabağ atı, həmçinin həmin atın üzərində yaranmış “Çovqan” atüstü milli oyunu Azərbaycan xalqına məxsusdur.

Bütün qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlmək olar ki, Azərbaycanın Qarabağ atçılığı ilə əlaqədar reallığı əks etdirən tarixi faktlardan kənar digər hər hansı spekulyativ çıxışların və sərsəm fikirlərin heç bir əsası yoxdur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail