Əmrah Çəlikəl: «Qarabağ»da heç bir problem yoxdu, ola da bilməz»

«Bu tur «Xəzər Lənkəran»ı udub yolumuza davam etməliyik»

16.09.2011 | 4635 dəfə oxunub

«Qarabağ» son iki turda qələbəyə həsrətdir. Stadium.az xəbər verir ki, əvvəlcə doğma meydanda «Qəbələ»yə uduzan Qurban Qurbanovun komandası, daha sonra son turda isə səfərdə «Sumqayıt Şəhər»in müqavimətini qıra bilmədi. Bununla da iki oyunda vacib 4 xaldan məhrum olan Ağdam təmsilçisini bu dəfə Suraxanıda «Xəzər Lənkəran»la çətin oyun gözləyir. Turnir cədvəlinin vahid lideri olan Lənkəran klubu ilə oyun barədə «Qarabağ»ın idman direktoru Əmrah Çəlikəl fikirlərini əməkdaşımızla bölüşüb: «İnşallah bu tur qələbə qazanarıq. Son iki oyunda komandamız üç xal əldə edə bilmir. Ümid edirik ki, bu dəfə tilsimi qıra biləcəyik. «Qəbələ»yə şanssız şəkildə uduzduğumuz halda, «Sumqayıt Şəhər»lə oyunda idman xoşbəxtliyi bizdən üz döndərmişdi. Ümid edirəm ki, bu dəfə belə olmayacaq. «Qarabağ»da heç bir problem yoxdu, ola da bilməz. Bu tur «Xəzər Lənkəran»ı udub yolumuzarndavamrnetməliyik».



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail