"O, medallarımın kolleksiyaçısıdır"
“Prezident İlham Əliyevə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Heç bir ölkənin prezidenti Azərbaycan Prezidentinin idmançılara və ölkədə idmanın inkişafına göstərdiyi qədər dəstək göstərmir. Prezident İlham Əliyev hər final yarışına gəlir və idmançılarımızı mükafatandırırdı. Çox sağ olsun”.
Stadium.az xəbər verir ki, bu sözləri birinci Avropa Oyunlarının çempionu, kişilər arasında taekvondo üzrə 80 kq çəki dərəcəsində 2015-ci il dünya çempionatının qalibi Radik İsayev “Azərtac”a müsahibəsində söyləyib.
Çempion Avropa Oyunları, habelə öz çıxışı barədə təəssüratlarını bölüşərək deyib: “Yarışlar yüksək səviyyədə keçdi. Mən bir çox beynəlxalq yarışlarda iştirak etmişəm, lakin “Bakı-2015” nəinki onlardan geri qalmadı, hətta bir çox parametrlər üzrə xeyli üstələdi. Avropa Oyunlarına bütün ölkə hazırlaşırdı. Azərbaycanın, demək olar, hər bir vətəndaşı ümumi işə öz töhfəsini verdi. Atletlər Kəndi də yüksək səviyyədə idi. Orada idmançılar üçün ideal şərait yaradılmışdı. Yarışlara gəldikdə isə biz onlara çox ciddi hazırlaşmışdıq. Bu ilin mayında Çelyabinskdə keçirilən dünya çempionatından sonra yaxşı istirahət etməyə də macalımız olmayıb. Hamı məqsədyönlü şəkildə hazırlaşırdı. Axı, yarışlar evimizdə keçirilirdi. Biz də ən yüksək səviyyədə çıxış etmək istəyirdik. Taekvondo yarışlarına bütün çəki dərəcələrində Avropa reytinqli 15 idmançı dəvət edilmişdi. Hər bir idmançı dörd döyüş keçirməli idi. Birinci döyüşüm olmadı, çünki rəqibim zədələnmişdi. İkinci döyüşdə hollandiyalı idmançı ilə mübarizə apardım. Onunla əvvəl də döyüşmüşdüm. Odur ki, zəif və güclü cəhətlərini bilirdim. Mən döyüşə fəal başladım. Doğrudur, rəqibim az qala məni haqlamışdı. Allaha şükür ki, bu döyüşdə qalib gəldim. Yarımfinal mərhələsindəki rəqibim 2013-cü il dünya çempionatının mükafatçısı, sloveniyalı İvan Konrad Traykoviç idi. Qəribə də olsa, mənim üçün asan döyüş oldu və onu vaxtından əvvəl başa vurdum. Finalda rusiyalı Vladislav Larin ilə görüşdüm. Çox güclü rəqibdir. Biz artıq dördüncü dəfədir görüşürük. Görüşlərimizin ümumi hesabı 2 - 2-dir. Final döyüşündə böyük məsuliyyət hiss etdim. Prezident İlham Əliyev və onun ailə üzvləri çıxışımı müşahidə edirdilər. Xoşbəxtlikdən, döyüş mənim üçün uğurla başa çatdı. Prezident İlham Əliyev məni şəxsən mükafatlandırdı. Bu hissləri sözlə ifadə etmək mümkün deyil”.
Azərbaycanlı taekvandoçu qarşıdakı yarışlardan söz açaraq deyib: “Bildiyiniz kimi, dünya çempionatında iştirak etmişəm. Bu çempionata 2014-cü ilin dekabrından hazırlaşıram. İyulun ortalarında “Korea Open”də iştirak etməyi planlaşdırıram. Reytinqli turnirdir, çünki birinci yerə görə 20 xal verilir, bu da 2016-cı ilin Olimpiya Oyunlarında iştirak etmək üçün çox əhəmiyyətlidir. Sonra Moskva, İstanbul, Mançester və Meksikada (final) dörd Qran-Pri yarışı olacaq. Final Qran-Prisindən sonra Rio-de-Janeyroya lisenziya alacaq altı idmançı müəyyən olunacaq. Hazırda mən dünya reytinqində Özbəkistan idmançısı Cəsur Baykuziyevdən sonra ikinci yerdəyəm. Qarşıda hələ çox turnirlər var və hər şey bir anın içində dəyişə bilər. Buna görə də hər bir yarışa ciddi hazırlaşmaq lazımdır. Birinci Avropa Oyunlarının çempionu adını təsadüfən qazanmadığımı sübuta yetirməliyəm. Hərçənd təsadüfən çempion olmurlar.
Azarkeşlərin hərtərəfli dəstəyini də qeyd etmək istəyirəm. Taekvondo üzrə yarışların sonuncu günündə - iyunun 19-da bilet tapmaq mümkün deyildi. Məşqçilər heyətinin işini xüsusi vurğulamaq istəyirəm. Baş məşqçi necə hərəkət etməyim barədə dəyərli məsləhətlər verirdi. Məsələn, final döyüşündə rəqibi elə ilk andan sıxışdırmağı tövsiyə etdi. Avropa Oyunlarında qələbə ümumi gərgin əməyin nəticəsidir. Sonda anama minnətdarlıq etmək istəyirəm. O, medallarımın kolleksiyaçısıdır. Məni idmana o gətirib. Mənim uğurlarım ilk növbədə məhz onun xidmətidir. İyulun 1-i atamın vəfatının ildönümü idi. Mən bu qələbəni valideynlərimə həsr edirəm, çünki mənim ilk fanatım onlar olub. Onlar məni həmişə mənəvi cəhətdən dəstəkləyiblər“.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |