Nazirliyin şöbə müdiri: "İdman klublarında 18-19 yaşlı uşaqlara cinsi zəiflik yaradan dərmanlar verilir"

06.07.2015 | 6044 dəfə oxunub

Bakıda Birinci Avropa Oyunlarının keçirilməsindən sonra əhali arasında idmana maraq hədsiz artıb. Öz övladını gələcəkdə bu beynəlxalq idman yarışında naliyyətlər qazanan idmançılarımızın yerində görmək istəyən valideynlər onlraı müxtəlif idman növlərinə qoyaraq idmançı kimi yetişdirməyə böyük həvəs göstərirlər. Valideynlər bunun üçün paytaxtda fəaliyyət göstərən müxtəlif idman klublarına müraciət edirlər. Bəs görəsən Bakıda az qala addımbaşı rastlaşdığımız idman klublarının idmançı yetişdirmək üçün hansı potensialı var?

Movqe.az-ın araşdırması zamanı üzə çıxıb ki, bu cür klubların çoxunda məşqçi adı altında fəaliyyət göstərənlərin idman sahəsində təhsili yoxdur. Bəzi klublarda isə uşaqlara müxtəlif idman sahəsi üzrə məşqləri keçənlər, müxtəlif idman dərəcələri olan məşqçilərin tələbələridir. Çayxana, kafe və sair bu tip ictimai iaşə obyektlərinin bəzən nəzdində fəaliyyət göstərən idman klublarında uşaqlara təlimlər heç də peşəkar məşqçilər tərəfindən keçirilmir. Müxtəlif sertifikatlarla özlərini idman ustaları kimi təqdim edən dırnaqarası məşqçilər, valideynləri də həmin sertifikatlarla peşəkar məşqçi olduqlarına inandırmağa nail olurlar. Bu isə çox zaman idmançı kimi yetişmək, ölkəmizin adını yüksəklərə qaldırmaq məqsədi ilə idmana gələn azyaşlıların vaxtsız zədə və xəsarət almasına gətirib çıxardır.
Movqe.az-ın paytaxtda fəaliyyət göstərən bəzi idman klublarının bu cür fəaliyyəti ilə bağlı araşdırmasının həqiqəti əks etdirdiyini Gənclər İdman Nazirliyinin İdman şöbəsinin müdiri Mirkamil Rəhimov da təsdiqləyib. M. Rəhimov bildirib ki, şəhər və rayonlarda idman klubları daha çox nəzarət altında olsa da, Bakı və Bakıətrafında nəzarətdən çıxıb: "Bu idman klublarında məşqçilər çox vaxt insanları aldadır, onlardan külli miqdarda pul yığır və təhsili olmadığı halda müxtəlif idman növləri üzrə dərs keçərək bu kimi qanunsuzluqlara yol verirlər. Qanunda göstərilib ki, məşqçi müəllim fəaliyyəti ilə ancaq bu sahədə təhsil aldıqdan sonra, yaxud idman ustası dərəcəsi olduğu halda məşğul ola bilər. Bəzən idman klublarında məşqçi kimi fəaliyyət göstərənlər sertifikat alır, yaxud hansısa mətbəədə belə bir sertifikat hazırlatdırıb fəaliyyətə başlayırlar. Pedoqoji təhsili yoxdursa, məşqçi, müəllim kimi fəaliyyət göstərə bilməz. Bu məsələlər bir qədər nəzarətdən kənar qalsa da, Bakı Şəhəri İdman İdarəsi və yerli İdman İdarələrinə həmin klublara nəzarətlə bağlı ciddi tapşırıqlar veriləcək”.

M. Rəhimov bildirib ki, idman klubları açmaq üçün mütləq maddi texniki baza olmalı, məşqçilərin əmək haqqını ödəmək üçün maliyə vəsaiti olmalıdır: "Həmin klublarda idman dərslərinin keçirilməsi üçün məşqçi müəllimlər olmalıdır. İdmandan xəbəri olmayan adamların bu klublarda məşqçi kimi çalışaraq idmançı kimi yetişdirmək istədikləri uşaqlar suda boğulurlar, travma alırlar, onlara yaşlarına uyğun olmayan yüklənmə verilir. Qaydaya əsasən ağırlıqqaldırma və bu kimi idman növlərində ağırlıq yaşına, çəkisinə uyğun olmalıdır. Əks halda həmin uşağın əzələsi,sümüyü qırıla bilər. Fizioloji baxımdan uşağın ağırlığa davamı öyrənilməlidir. Bəzən məşqçilər valideynləri aldadıb onlara yalandan vəd verirlər ki, bir ilin içində sənin uşağını dünya çempionu edəcəm. Olimpiya idman növündə dünya çempionu olmaq üçün illərlə əmək sərf etmək lazımdır. Bir olimpiya çempionunun yetişdirilməsi üçün 10-12 il vaxt lazımdır. Necə olur ki, bunların hazırladığı uşaqlar bir ilin içində 4 dəfə dünya çempiyonu olur. Valideynlər də çox təəssüf ki, məşqçilərin bu yalanına inanırlar”.

M. Rəhimov nəzarətdən kənarda qalan idman klublarında əzələni süni şişirdən dərman preparatlarının satıldığını, bəzən bu dərman preparatlarının yetkinlik yaşında olan uşaqlara verildiyini də söylədi: "Bu yaxınlarda idman klublarından birində 18-19 yaşlarında bir uşağa məşqçi tərəfindən belə bir dərman preparatı verilmişdi. Bu dərmanlar verilərkən çox təəssüf ki, yaş qrupuna diqqət yetirmirlər. Həmin yaş qruplarında bu cür dərmanlardan istifadə cinsi zəifliyə belə gətirib çıxardır. Dərmanlardan istifadə zamanı çox diqqətli olmaq lazımdır. Elə dərmanlar var ki, onlardan ümumiyyətlə idmançıların istifadəsi qadağandır. Bu top dərmanlar əzələ yorğunluğunu, ağrını azaldır,əzələ boşalır, yükü daha çox qəbul edərək şişir”.

M. Rəhimov idman klublarına yazılan uşaqların sağlamlıqlarının yoxlanılmasının da vacib şərt olduğunu söylədi: "Mən bir komandanı İrana aparırdım. İrana çatdıqda məlumat verdilər ki, komandanın tərkibindəki uşaqlardan biri oturduğu yerdə yatır. Təcili onu həkimə apardıq. Məlum oldu ki, uşağın miningiti var. Bizim təcrübəsiz məşqçilərimiz xəstə uşağı yarışa göndərmişdilər. Ona görə də, məşqə götürülən uşaqların sağlamlığının yoxlanılması da mühim şərtdir”.

M. Rəhimov bildirib ki, idman klubları Gənclər İdman Nazirliyindən fəaliyyət göstərmələri barədə lisenziya almalı olmasalar da, Rayon Gənclər və İdman İdarələri həmin klubları idman sahəsinə aid olduğundan nəzarətə götürməli, işlərinə nəzarət etməli, onların hesabatını almalıdir: "Ölkəmizdə ictimai təşkilatların yaradılması ilə bağlı qanunlar var. Bu qanunlarda göstərilib ki, hər bir insan, hər bir şəxs içtimai təşkilat, idman klubu yarada bilər. Bizim müəyyən tapşırıq və xahişlərimizdən sonra idman klublarının qeydiyyatı bizim tərəfimizdən aparılır. İdman klubları Ədliyyə Nazirliyində və müvafiq sturukturlarda qeydiyyatdan keçdikdən sonra öz sənədlərini ya bizə, yaxuda da federasiyalara təqdim etməlidirlər. Əgər bunlar müvafiq federasiyalardan qeydiyyatdan keçmirsə müstəqil təşkilatlar kimi fəaliyyət göstərirlər. Çox hallarda biz klubları federasiyaların ətrafında cəmləşdiririk ki, onların inkişaf etdirdiyi idman sahəsi sahəsində müəyyən işlər görsünlər. İdman klubları məşqlərin təşkili, məşqçi müəllimlərin işlə təmini, uşaqların cəmləşdirilməsi, təminatının həyata keçirlməsi, həkim nəzarətinin təşkili aiddir. Hazırda ölkəmizdə 85 idman növü inkişaf etdirilir, 72 federasiya fəaliyyət göstərir. Onlardan 28-i olimpiya idman növüdür. 10 minə yaxın idman klubu var. 5 mini qeydiyyatdan keçibsə, 5 mini ictimai təşkilat kimi fəaliyyyət göstərir. Bəziləri çayxanalara, trenajor zalına idman klubu adı verirlər. Onlar federasiya ətrafında çox birləşməyib. Qanunvericilikdə onların idman nazirliyindən lisenziya almaları ilə bağlı tələb yoxdur. Həmin idman klubları Ədliyyə Nazirliyində və vergi strukturlarında qeydiyyatdan keçirlər. Rayon Gənclər və İdman İdarələri idman sahəsinə aid olduğundan nəzarətə götürməli, işlərinə nəzarət etməli, onların hesabatını almalıdir. Məşq yerlərini və məşqçilərini təhsilini yoxlamalıdırlar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail