"Kəpəz" hazırlıqları davam etdirir

03.07.2015 | 4930 dəfə oxunub

İyul ayının 1-dən Bakıda təlim-məşq toplanışına başlayan “Kəpəz” hazırlıqlarını davam etdirir. Stadium.az xəbər verir ki, baş məşqçi Şahin Diniyev futbolçuları səhər və axşam olmaqla gündə iki dəfə məşqə çıxarır. 

Səhər çalışmaları dəniz kənarında, günün ikinci məşqi isə “Dalğa Arena”da gerçəkləşir. Futbolçular fiziki, taktiki və texniki hazırlıq üzərində işləyir.

Şahin Diniyev hazırlıqla bağlı fikirlərini açıqlayıb: “Çətindir, hər şeyə sıfırdan başlamağa məcburuq. Çalışırıq təməli elə quraq ki, komanda uzun müddət ayaqda qala bilsin. Uşaqlar səylə hazırlaşırlar. Heyət hələ tamamlanmayıb, komanda formalaşmayıb. Mənə elə gəlir ki, ikinci təlim-məşq toplanışından sonra komanda tam hazır olacaq".

Təlim-məşq toplanışının bu mərhələsində 16 futbolçu iştirak edir: “Çatışmayan mövqelər üzrə oyunçulara ehtiyacımız var. Hazırlığa gec başlamağımız yerli futbolçular tapmaq işini çətinləşdirib. Boşluqlarımızı legionerlərin hesabına doldurmağa çalışacağıq. Legionerlər üçüncü təlim-məşq toplanışında bizə qoşulacaqlar. Əcnəbilərin sayı məhdud olacaq”.

Baş məşqçi komandanın məqsədlərindən də danışıb: "Əsas uğurlu çıxış etməkdi. Azarkeşlər qələbə istəyəcək. Amma indiki halda bizə vaxt lazımdı. Qarşıdakı mövsüm üçün ilk altılıqda olmağa çalışacağıq. Sonrakı mövsüm daha iddialı olacağıq. Gəncə futbolu həmişə iddialı olub, “Kəpəz”in iddiasını geri qaytarmalıyıq. Ona görə çalışmaq lazımdır”.

“Kəpəz”in Bakı toplanışı iyulun 10-na kimi davam edəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail