"Zirə" milli komandamızın üzvünü transfer etdi

03.07.2015 | 5130 dəfə oxunub

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Zirə” klubu heyətinə daha bir futbolçu cəlb edib. Stadium.Az xəbər verir ki, bakılılar son mövsümü “Neftçi”də keçirən Mirkamil Həşimliylə güclənib.

“Neftçi” klubunun yetirməsi olan Mirkamil Haşişimli daha sonra “Fənərbaxça”ya getmiş, bu komandanın əvəzedici heyətində vitse-kapitanlığa qədər yüksəlmişdi. Hətta daha komadanın o zamankı baş məşqçisi Ərsun Yanal Mirkamili əsas komanadaya cəlb edərək məşqlərdə iştirak etməsinə də şərait yaradırdı. Ancaq şəxsi problemləri üzündən Türkiyədən vətənə dönməli olan Həşimli yenidən dogma komandasına qayıtdı. O, “Neftçi”nin həmin zaman prezidenti olan Sadıq Sadıqovun şəxsi istəyiylə yenidən “flaqman”a dönmüşdü. Ancaq baş məşqçi Böyükağa Hacıyevin komandadan getməsi, Arif Əsəsdovun komandaya gəlişi vəziyyəti dəyişdi. Mirkamili gözü götürməyən Əsəsdov ona oynamaq şansı belə vermədi. “Fənərbaxça”nın əsas komandasında məşqə çıxarılan 19 yaşlı futbolçuya Əsəsdov 1 dəqiqə də olsa oynamağa şans yaratmadı. Nəinki rəsmi oyunlarda, Əsədov onu heç yoxlama oyunlarında da meydana buraxmadı. Bu isə o deməkdir ki, Arif Əsəsdov Mirkamil Həşimlini şəxsi prinsiplər üzündən oynatmadı.

İndi isə “Zirə” klubu 19 yaşadək futbolçulardan ibarət milli komandamızın eks üzvünü əsas komandaya götürüb. Bu gün Mirkamillə 3 illik müqavilə imzalanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail