Gürcüstan UEFA-nı peşman edib

02.07.2015 | 6463 dəfə oxunub

Gürcüstan futbol tarixinə UEFA Super Kubokuna onlayn bilet satışını təşkil edə bilməyən ölkə kimi daxil olacaq. Stadium.az xəbər verir ki, Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Siçinava media nümayəndələrinə açıqlaması zamanı bu məsələyə toxunub.

"İşi peşəkarlara tapşırmaq lazımdır. 6 illik təcrübəmiz yetərli olmadı. Bu problemin xoşagəlməz nəticələrə gətirmək ehtimalı olduğundan UEFA bizə "barmaq silkələyir". Qurum bu səviyyəli oyunlara biletləri heç vaxt kassadan satmayıb. Bu baxımdan biz, şübhəsiz, tarixə düşəcəyik. UEFA ilə bütün günü əlaqə saxladıq. Qərara alındı ki, sayt (red. biletebi.ge) bilet satışında iştirak etməyəcək. Toplaşıb bilet çapının nə vaxt başlanması və neçə müddətə davam etməsini dəqiqləşdirmək lazımdır".

Avqustun 11-də "Barcelona" və "Sevilla" arasında keçirləcək oyuna bilet satışına iyunun 22-dən Gürcüstan Futbol Federasiyasının saytından başlamaq planlaşdırılmışdı. Lakin iyunun 22-i sayta edilən haker hücumu bu prosesi ləngitdi. Növbəti gün saytın fəaliyyətini bərpa edən federasiya yenidən onlayn satışı həyata keçirə bilmədi. Buna sayta həddindən çox istifadəçinin daxil olması ilə əlaqədar meydana çıxan trafik yüklənməsi səbəb oldu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail