Azərbaycanlı çempiondan "ləzginka" VİDEO

01.07.2015 | 4529 dəfə oxunub

O, I Avropa Oyunlarında Azərbayacana ilk qızıl medalı qazandıranlardan biridir. 

Stadium.az xəbər verir ki, söhbət Yunan-Roma güləşçimiz Rəsul Çunayevdən gedir. 

Ən gənc medalçılarımızdan olan Rəsul ilk uğuruna hələ 17 yaşında olarkən imza atıb. Yeniyetmə olmasına baxmayaraq böyüklər arasında keçirilən çempionatda qızıl medalla təltif edilən Rəsul demək olar ki, son 3 ildə bütün yarışlardan Vətənə medalla qayıdıb.

Çempion ötən gün sevənlərini banasının ad günü mərasiminə toplayıb. Ata Həmzət Çunayev deyir ki, oğlunun qızıl medalı və prezidentin təltif etdiyi “Şöhrət” ordeni anasının ötən günki ad gününə böyük bir hədiyyə olub. 

“Yaxşı idmançı rinqdə bilinər” deyən çempionumuz şəxsi həyatında hər zaman rəqsə olan sevgisini nümayiş etdirib. Ötən il dünya çempionatında qalib gələn idmançının Qafqazın ənənəvi rəqsi “ləzginkanı” tatamidə ifa etməsi əksər insanların diqqətini cəlb etmişdi. 

Anası Elzanə xanımla ifa etdikləri rəqs də onların xoş gününə xüsusi gözəllik qatıb. 

Çempionun xoş gününə toplaşan ilk məşqçisi və dostları da onun uğurlarının davamlı olmasını arzulayıb. 

Məşqçi İsmayıl Çopsiyev də Rəsulun gələcəkdə daha böyük uğurlara imza atacağına ümid edir. 

Hazırda hərbi xidmətin son ayını yaşayan Rəsul həm idmançı, həm də bir əsgər kimi ölkəmizə xidmət göstərir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail