Azərbaycan öz F1 komandasını yaradacaq

01.07.2015 | 4875 dəfə oxunub

Azərbaycan gələn il Bakıda keçiriləcək Formula 1 yarışlarına öz komandası ilə qatılacaq.

Stadium.az xəbər verir ki, bunu "F1Life.ru" portalı öz mənbələrinə istinadən yayıb. 

Mənbənin bildirdiyinə görə Azərbaycan ya F-1 komandalarından birinə sponsorluq etməklə və ya ümumiyyətlə milli komanda yaratmaqla gələn ilki yarışlara daha bir ilk qatacaq.


Sayt onu da qeyd edir ki, dünya şöhrətli yol arxitektoru German Tilkenin trasın layihələndirilməsi üçün dəvət edilməsi Azərbaycanın yarışlara ciddi hazırlaşmasından xəbər verir.


Qeyd edək ki, Bakıda “Formula 1” Qran-prisinin keçirilməsi üçün trassın hazırlanması üzrə işlər gələn həftədən başlayacaq. Bu barədə tanınmış arxitektor German Tilke bildirib. Tilke deyib ki, yolun bir hissəsi Bakının qədim küçələrindən (İçəri şəhər) keçəcək. 


“Biz qeyri adi bir şey ərsəyə gətiririk. Bu tras şəhərin qədim hissəsində olacaq” - deyə Tilke bildirib. 


Gələn il Bakıda “Formula 1”in debut yarışları keçiriləcək. Gənclər və idman naziri Azad Rəhimovun sözlərinə görə, yarışla bağlı Bakıya 11 min xarici azarkeşin gəlişi gözlənilir. O bildirib ki, debüt Qran Prisinin xərcləri 66-86 milyon dollar arasında dəyişəcək. 


Formula-1, yaxud F1 bir nəfərlik, açıq təkərli avtomobil yarışları üzrə dünya çempionatıdır. Rəsmi adı ingiliscə FIA Formula One World Championship sözlərindən götürülüb.1950-ci ildən etibarən müntəzəm olaraq keçirilir. Rəsmi qəbul edilməsə də, bir çox hallarda Formula-1 sürücüləri pilot, avtomobillər isə bolid adlandırılırlar.


Hər il keçirilən Formula-1 yarışları mövsüm adlanır və ayrıca mərhələlərdən, qran-prilərdən ibarət olur. Qran-pri sözü fransızca "Grands Prix", yəni böyük mükafat sözündən götürülür. İlin sonunda həm pilotlar, həm də komandalar arasında qaliblər müəyyən edilir. Pilotlar dünya çempionu adı, komandalar isə Konstruktorlar kuboku uğrunda yarışırlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail