Azərbaycan üçün “Neftçi İdman Klubu” örnəyi

01.07.2015 | 3672 dəfə oxunub

Bakı-2015 Avropa Oyunlarında ən çox medal qazanan klubun adı açıqlanıb. Stadium.Az xəbər verir ki, Azərbaycan yığmasının 56 medalla (21 qızıl, 15 gümüş və 20 bürünc) qeyri-komanda hesabında ikinci olmasına ən böyük töhfəni “Neftçi İdman klubu” verib.

Onlar bu mükafatlardan 16-na (6 qızıl, 5 gümüş, 5 bürünc) yiyələniblər. Klubun idmançılarından Rəsul Çunayev, Elvin Mürsəliyev, Toğrul Əsgərov (hər üçün güləş), Ayxan Tağızadə (taekvondo), Pərviz Bağırov (boks), İlham Zəkiyev (paracüdo) fəxri kürsünün ən yüksək pilləsinə qalxdığı halda, Nəzakət Xəlilova, İslam Qasımov (hər ikisi sambo), Orxan Səfərov (cüdo), Sevil Bünyatova (qılıncoynatma, sablya), Səbinə Abdullayeva (paracüdo) gümüş, Elman Muxtarov, Həsən Əliyev, Hacı Əliyev (hər üçü güləş), Sevinc Bünyatova (qılıncoynatma, sablya) və Zakir Mislimov (paracüdo) bürünc medala sahib olublar.

Təbii ki, klubun idmançılarının bu uğuru qazanmasında azarkeşlərin, onlara dəstək olanların da böyük payı var. "Neftçi İdman Klubu"nun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov və əmək kollektivi bu günlər ərzində idmançılarımızın yarışlarını müxtəlif arenalarda mütəmadi olaraq canlı izləyib, onlara dəstək olub və qələbəyə ruhlandırıblar.

İyunun 12-dən 28-dək davam edən yarışlarda 50 ölkəni təmsil edən 6000-dən çox idmançı 20 idman növü üzrə 253 medal dəsti uğrunda mübarizə aparıblar. Azərbaycan komandası Rusiya istisna olmaqla, Avropanın bütün nəhəng ölkələrini qabaqlayaraq ümumi komanda hesabında 2-ci yeri tutub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail